ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin nümayəndə heyəti Dubay şəhərində keçirilən ”WETEX 2012” sərgisində iştirak etmişlər
      Artıq 13 ildir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində su təchizatı, enerji, texnologiyalar və ətraf mühit üzrə  sərgi   Dubay şəhərinin elektrik enerjisi və su təchizatı Xidmətləri tərəfindən uğurla keçirilir.  Hər il bu sərgiyə  neft sənayesi,  energetika,  ekologiya, ticarət  və digər sahələr üzrə dünyanın 700-dən çox  milli və beynəlxalq  şirkətləri,  dövlət orqanlarının təmsilçiləri, assosiasiyalar və sponsorlar qatılırlar.

     Növbəti “Su təchizatı, enerji, texnologiya və ətraf mühit barədə WETEX 2012” sərgisi  mart ayında Dubay  hakiminin müavini, Maliyyə naziri əlahəzrət Şeyx Xəmdan Bin Rəşid Əl Məktumun hamiliyi ilə təşkil olunmuş və  Dubay şəhərinin Beynəlxalq sərgi mərkəzində keçirilmişdir. Sərgidə dünyanın qabaqcıl şirkətlərinin su təchizatı, enerji, texnologiya və ətraf mühit sahəsində müasir qurğu və avadanlıqları nümayiş etdirilmişdir. 
    “Su təchizatı, enerji, texnologiya və ətraf mühit barədə WETEX 2012” sərgisində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin nümayəndələri, baş direktorun SƏTƏM üzrə müavini  Rəşad İsmayılov, Marketinq və xarici iqtisadi əlaqələr şöbəsinin rəisi  Rövşən Fətullayev də iştirak etmişlər. QSC nümayəndələri  müvafiq şirkətlərin qurğu və texnologiyaları ilə yaxından tanış olmuş, analoji şirkətlərin nümayəndələri ilə fikir mübadiləsi aparmışlar. Üç gün davam edən sərgidə təmsilçilərimiz   kifayət qədər maraqlı məlumatlar əldə etmişlər.
                   

 

tarix : 29.03.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.