ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“31 mart -Azərbaycanlıların soyqırımı günü” “Ekol Mühəndislik Xidmətləri” QSC-də qeyd olunmuşdur
  Martın 30-da QSC-nin baş ofisində “31 mart-Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə çıxış edən QSC-nin baş direktoru Ramil Əliyev  Azərbaycanlılara qarşı törədilən soyqırımın   tarixi və baş vermə səbəbləri barədə tədbir iştirakçılarına ətraflı  məlumat verdi.  

     Baş direktor qeyd etdi ki, əsrlər boyu  ermənilər tərəfindən Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri insani siyasət nəticəsində Azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. Mənfur düşmən təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasında, Şamaxı və Quba şəhərlərində, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da  vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər.
    Ramil Əliyev bildirdi ki, 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 94 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Tarixin hələ tam açılmamış səhifələrindən biri olan bu soyqırımı hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir.  Gələcəkdə bu kimi halların baş verməməsi üçün biz gənc nəsli vətənpərvərlik və mübarizlik ruhunda tərbiyə etməliyik.  Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək “Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən  bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”. Çıxışının sonunda  Ramil Əliyev soyqırımı qurbanlarına Allahdan rəhmət dilədi.
   Tədbirdə baş direktorun  istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov,  İqtisadiyyat və Uçot İdarəsinin rəisi Əli Bağışov,  İctimai sosial şöbənin rəisi, YAP “Ekol” ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev,  Ekoloji monitorinq departamentinin rəisi Şahabiddin  Albuşov  və başqaları  çıxış etdilər.  
   Natiqlər qeyd etdilər ki, 1918-ci ilin yazında Bakı şəhərində və Azərbaycan qəzalarında daşnak-bolşevik birləşmələrinin türk müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklər istər hüquqi baxımdan, istərsə də siyasi cəhətdən soyqırımı kimi qiymətləndirilməlidir.
    Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə ümummilli lider Heydər Əliyevin 27 mart 1998-ci il «31 mart Azərbaycanlıların Soyqırımı haqqında» fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü elan edilmişdir.  Həmin ildən başlayaraq martın  31-də bütün azərbaycan xalqı, o cümlədən xaricdə yaşayan soydaşlarımız soyqırımı qurbanlarının  xatirəsini yad edir, ermənilərin vandalizm və işğalçı siyasətini  pisləyirlər. 
    Çıxışlarda vurğulandı ki, ötən əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasəti bu gün  də özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə büruzə verir. Bu  həm də onu göstərir ki, ermənilərin xalqımıza olan tarixi münasibəti dəyişməyib. Ancaq Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyi və real beynəlxalq vəziyyət ötən əsrdən tamamilə fərqli olduğuna görə yəqin ki, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli, erməni işğalçılarının torpaqlarımızdan çıxarılması, daşnak ideyalarının davamçılarının yerində oturdulması mümkün olacaqdır.
   Sonda tədbir iştirakçıları bütövlükdə ermənilərin vandalizm və işğalçı siyasətinə sonsuz qəzəb hissi ilə öz etirazlarını bildirdilər və  soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər

         
                   
?xml:namespace prefix = o /-->



tarix : 30.03.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.