ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də yaz mövsümü ilə əlaqədar iməcilik keçirilmişdir

   Hər il  yaz mövsümü ilə əlaqədar olaraq ARDNŞ-nin kollektivi  iməciliklər keçirir,  istehsalat sahələrində yaşıllaşdırma və abadlıq işləri aparılır. Martın 31-də ARDNŞ-nin rəhbərliyinin  iştirakı ilə Şirkətin  bütün idarə və müəssisələrində növbəti genişmiqyaslı ağacəkmə aksiyası keçirilmişdir. İməcilikdə Şirkətin idarə və müəssisələrinin kollektivləri fəal iştirak etmiş,  ağaclar əkilmiş, əvvəllər salınmış  yaşıllıqlara qulluq  olunmuş, abadlıq işləri aparılmışdır.

 Həmin gün ARDNŞ-nin prezidenti  Rövnəq Abdullayev ayrı-ayrı idarə və müəssisələrin istehsalat sahələrində, eləcə də  neftlə çirklənmədən təmizlənmiş “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində olmuş,  ümumi ekoloji vəziyyətlə  və yaşıllaşdırma ilə maraqlanmış, ağac əkmişdir.
     Rövnəq Abdullayev  KİV-nin nümayəndələrinə bildirmişdir ki,  ARDNŞ-nin  20 minə yaxın əməkçisinin qatıldığı  bu möhtəşəm  iməcilikdə ümumilikdə 20 mindən çox ağac və gül kolları əkilmiş, böyük abadlıq işləri görülmüşdür. O bildirmişdir ki,  ərazinin təbii xüsusiyyətləri nəzərə alınaraq  əkilmiş ağaclar arasında  küknar, şam, sərv, şümşad, evkalipt, zeytun, eldar şamı, meyvə ağaclarına, həmçinin qızılgül və dekorativ gül kollarına üstünlük verilmişdir. ARDNŞ-nin prezidenti neft-qaz hasilatı və emalı sahələrində ekoloji təhlükəsizliyin  təmin olunması istiqamətində  görülən  mühüm işlərin davamlı olacağını bildirmişdir.

   “Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivi də martın 31-də keçirilən möhtəşəm iməciliyə qatılmışdır. İməcilikdə QSC-nin rəhbərliyi başda olmaqla ayrı-ayrı istehsalat sahələrində kollektivin 200  nəfərdən artıq nümayəndəsi iştirak etmişdir. Yaz mövsümü ilə əlaqədar əsas diqqət yeni ağacların əkilməsinə və əvvəllər əkilmiş ağaclara qulluq göstərilməsinə yönəldilmişdir.  Tədbirdə “Bibiheybətneft” NQÇİ-nin  neftlə çirklənmədən təmizlənmiş mədən ərazisinin QSC-nin xidmət göstərdiyi yaşıllaşdırma sahəsində 765 ədəd eldar şamı, H.Z. Tağıyev adına   NQÇİ-nin Qala sahəsində 51 ədəd eldar şamı, 800 ədəd   mövsümü gül kolları, “Abşeronneft” NQÇİ-nin yaşıllaşdırma sahəsində isə 500 ədəd eldar şamı  əkilmiş, bitkilərə aqrotexniki xidmət göstərilmişdir. İməcilikdə Heydər Əliyev adına BNEZ-nun və “Azərneftyağ” NEZ-nun ərazilərindəki  QSC-nin  xidmət göstərdiyi  sahələrdə, eləcə də digər istehsalat sahələrində   xeyli təmizlik və abadlıq işləri aparılmışdır.

     Yaz mövsümü ilə əlaqədar olaraq QSC-nin istehsalat sahələrinin  yaşıllaşdırılması və abadlaşdırılması tədbirlərinin  davam etdirilməsi nəzərdə tutulur.
 
 
 

                   

tarix : 02.04.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.