ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də “Alfa-Laval” şirkətinin istehsalı olan qurğunun prezentasiyası keçirilmişdir

     QSC-nin ətraf mühitin mühafizəsi sahəsindəki önəmli fəaliyyət sahələrindən  biri də neftin hasilatı və emalı proseslərində formalaşan və ətraf mühitin çirklənməsinə mənfi təsir göstərən  neftşlamın  müasir texnika və texnologiyalarla emalı və zərərsizləşdirilməsidir.  Bu məqsədlə, dünyanın qabaqcıl texnika və texnologiyalarının istehsalata tətbiq edilməsi və bu sahədə tanınmış şirkətlərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində mütəmadi olaraq  tədbirlər həyata keçirilir.

       Artıq 2007-ci ildən başlayaraq QSC  neftşlamın emalı və zərərsizləşdirilməsi sahəsində  müasir qurğular istehsal edən İsveçin “Alfa-Laval” şirkəti ilə əməkdaşlıq edir. 2008-ci ildən şirkətin modul dekantor qurğuları QSC-nin  Tullantıların emalı departamentinin fəaliyyət göstərdiyi Heydər Əliyev adına BNEZ-nun və “Azərneftyağ” NEZ-nun istehsalat sahələrində uğurla istismar olunur.
    “Ekol Mühəndislik Xidmətləri” QSC texnoloji proseslərin daha da təkmilləşdirilməsi, zərərli tullantıların ətraf mühitə təsirinin minimuma endirilməsi və səmərəliliyin artırılması məqsədilə, “Alfa-Laval” şirkəti ilə əməkdaşlığını davam etdirərək bu şirkətin yeni “FOX-15” separatorunun alınıb quraşdırılmasını qərara almışdır.
    Yeni qurğunun parametrləri, iş prinsipi və məhsuldarlığı barədə  məlumatların əldə olunması məqsədilə aprelin 4-də QSC-nin baş ofisində  “FOX-15” separatorunun prezentasiyası keçirilmişdir. Tədbirdə QSC-nin rəhbərliyi, “Alfa-Laval” şirkətinin Türkiyə nümayəndəliyinin seqment müdiri Levend Pincav, satış mühəndisi Barış Mutlu, layihə müdiri Burçin Güvenc və əlaqədar mütəxəssislər iştirak etmişlər.
     Tədbirdə Levend Pincav qurğu haqqında geniş şərh vermiş və elektron  məlumatları tədbir iştirakçılarına təqdim etmişdir. O bildirmişdir ki,  neftşlamı su, neft məhsulları və mexaniki qarışığa ayıran, iqtisadi və ekoloji cəhətdən çox səmərəli olan “FOX-15” qurğusundan dünyanın bir çox ölkəsində istifadə olunur və yüksək nəticələr əldə olunmuşdur. Sonra qurğunun texniki göstəriciləri, texnoloji proseslərin ardıcıllığı  və quraşdırılması ətrafında müzakirələr aparılmışdır. QSC-nin baş direktoru Ramil  Əliyev  qeyd etmişdir ki, qurğudan daha məhsuldar və effektli istifadə olunması üçün istehsalat sahələrinə baxış keçirilməli, yerli şəraitə uyğun parametrlər nəzərə alınmalıdır.
    Türkiyəli mütəxəssislər onlara ünvanlanan sualları cavablandırmış, QSC rəhbərliyinin istək və təkliflərinə   müsbət münasibət bildirmişlər. Sonda QSC-nin istehsalat sahələrinə  baxış keçirilmiş və lazımı qeydlər aparılmışdır.
   “FOX-15” qurğusunun yaxın gələcəkdə  Azərbaycana gətirilməsi və QSC-nin istehsalat sahəsində quraşdırılması nəzərdə tutulur.
 

 
 

tarix : 05.04.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.