ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Beynəlxalq standartlar səviyyəsində fəaliyyət göstərmək “Ekol Mühəndislik Xidmətləri” QSC-nin prioritet hədəflərindəndir

     “Ekol Mühəndislik Xidmətləri” QSC  fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində qurulması və Avropaya inteqrasiya edilməsi istiqamətində davamlı siyasət və məqsədyönlü tədbirlər həyata keçirir. Əsas fəaliyyəti ekoloji yönümlü olduğundan fəaliyyətinin ilk illərində (2007-ci ildə) QSC İSO 14001 “Ekologiya İdarəetmə Sistemi”ni qəbul etmiş və fəaliyyətini bu standartların tələbləri səviyyəsində qurmuşdur.

    İllər keçdikcə özünü modern bir şirkət kimi təsdiq edən “Ekol Mühəndislik Xidmətləri” QSC  davamlı inkişaf ilə digər  beynəlxalq idarəetmə sistemlərinin də istehsalata tətbiq  olunmasına zəruri ehtiyac yaranmışdır. Bununla əlaqədar olaraq,  Keyfiyyət (İSO-9001)  və OHSAS 18001  Əməyin Mühafizəsi və Təhlükəsizliyi (OHSAS 18001)  İdarəetmə Sistemlərinin qəbul edilməsinə qərar verilmişdir. Bu məqsədlə ötən ilin sentyabr ayından qeyd olunan  standartların  işçi heyət tərəfindən  mənimsənilməsi və tələb olunan sənədlər toplusunun hazırlanması istiqamətində operativ fəaliyyətə başlanmış, qarşıya qoyulan məqsədə nail olunmuşdur.
    Keyfiyyət (İSO-9001), eləcə də Əməyin Mühafizəsi və Təhlükəsizliyi (OHSAS 18001) İdarəetmə Sistemləri üzrə hazırlığı  vəziyyətini yoxlamaq məqsədilə   aprelin  9-da  QSC-də  3-cü tərəfin auditinin açılış toplantısı keçirilmişdir.
   Toplantıda Türk Standartları İnstitutunun (TSE)  Azərbaycan təmsilçisi  Hasan Demirtaş, baş auditor Xatirə Salahova, auditorlar: Ahmet Kamal Kızıltan, Hüseyn Gül, Namiq Həsənov, QSC-nin rəhbərliyi, departament, idarə və şöbə rəisləri iştirak etmişlər.
   QSC-nin baş direktoru Ramil Əliyev  qonaqları səmimi salamlayaraq, QSC-nin ümumi fəaliyyəti və ötən dövr ərzində Beynəlxalq İdarəetmə Sistemlərinin tələblərinə uyğun  görülmüş işlər barədə onlara ətraflı məlumat vermiş, auditorlara fəaliyyətlərində uğurlar arzulamışdır.
    Toplantıda çıxış edənlər,  TSE-nin Azərbaycan təmsilçisi  Hasan Demirtaş, baş auditor Xatirə Salahova öncə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyinə səmimi qəbula görə minnətdarlıqlarını bildirmişlər. TSE nümayəndələri QSC-ni nümunəvi bir şirkət kimi tanıdıqlarını, bundan əvvəlki auditlərin nəticələrinin də  kifayət qədər qənaətbəxş olduğunu qeyd etmiş və keçiriləcək hazırkı auditin  gözlənilən müsbət nəticələr verəcəyinə əminliklərini bildirmişlər.
    Toplantıdan sonra QSC-nin fəaliyyət sahələri üzrə auditin keçirilməsinə başlanmışdır. Xatırladaq ki, aprelin 10-da TSE-nin auditorları tərəfindən QSC-də Keyfiyyət (İSO-9001), eləcə də Əməyin Mühafizəsi və Təhlükəsizliyi (OHSAS 18001) İdarəetmə Sistemləri üzrə keçirilən auditin qapanış toplantısı olacaqdır.
                   
?xml:namespace prefix = o /-->?xml:namespace prefix = o /-->?xml:namespace prefix = o /-->

 
 

tarix : 10.04.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.