ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də beynəlxalq standartlar üzrə 3-cü tərəf auditinin nəticələri qənaətbəxş olmuşdur
Qeyd etdiyimiz kimi aprelin 9-10 tarixlərində Türk Standartları İnstitutunun auditorları “Ekol Mühəndislik Xidmətləri” QSC-də İSO -9001, İSO-14001 və OHSAS-18001 standartlarının tələblərinə əməl olunması, eləcə də yeni standartlara hazırlığın və uyğunluğun vəziyyətinin yoxlanması üzrə 3-cü tərəfin auditini keçirmişlər. 

Aprelin 10-da auditin qapanış toplantısı keçirilmiş, nəticələr barədə QSC-nin rəhbərliyinə və kollektivin nümayəndələrinə məlumat verilmişdir. Toplantıda çıxış edənlər, baş auditor Xatirə Salahova, auditorlar Ahmet Kamal Kızıltan, Hüseyn Gül və Namiq Həsənov keçirilən auditin nəticələrinin qənaətbəxş olduğunu və QSC-də hər üç standartın tələblərinə nümunəvi qaydada əməl edildiyini toplantı iştirakçılarının diqqətinə çatdırmışlar.  
Türk Standartları İnstitutunun (TSE) Azərbaycan təmsilçisi Hasan Demirtaş da öz çıxışında azərbaycanda beynəlxalq standartların tələblərinə əməl olunması sahəsində “Ekol Mühəndislik Xidmətləri” QSC kimi nümunəvi şirkətlərin olmasından qürur hissi keçirdiyini xüsusilə vurğulamışdır. O bu sahədə TSE-nin QSC-nə hər zaman dəstək olmağa hazır olduqlarını bildirmişdir.
Toplantıda çıxış edən QSC-nin baş direktorunun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, baş direktorun ümumi işlər üzrə müavini İsrafil Əliyev TSE nümayəndələrinə QSC-nə göstərdikləri dəstəyə görə öz dərin təşəkkürlərini bildirmişlər. Onlar baş direktor Ramil Əliyevin də mövqeyini ifadə edərək QSC-nin modern bir şirkət kimi bundan sonra da öz fəaliyyətlərini beynəlxalq standartlar səviyyəsində quracaqlarını xüsusilə qeyd etmişlər.
Toplantının sonunda TSE nümayəndələrinə QSC-nin simvolik hədiyyələri təqdim olunmuş və xatirə şəkili çəkilmişdir.

                   



 
 

tarix : 11.04.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.