ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Aprelin 14-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin 6 illiyi ilə əlaqədar iməcilik keçirilmişdir

     Aprelin 17-də, 2006-cı ilin mart ayında ARDNŞ-nin (51%) və “Lancer Services” S.A.” Şirkətinin (49%) təsisçiliyi ilə  yaradılmış və 17.04.2006-cı ildə dövlət qeydiyyatından keçmiş ”Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyətinin  6 ili tamam olur. Qısa  müddətdə   ekoloji problemlərin həlli  sahəsində  özünü potensial bir şirkət kimi  təsdiq etmiş QSC,  bu illər ərzində respublikamızın neft sənayesi sahələrində onlarla prioritet ekoloji layihələri uğurla həyata keçirmişdir.

    Aprelin 14-də isə QSC-nin 6 illiyi ilə əlaqədar olaraq  kollektivin bütün üzvlərinin iştirakı ilə istehsalat sahələrində iməcilik  keçirilmişdir. İməcilikdə  rəhbərlik başda olmaqla bayram əhval-ruhiyyəsi ilə iştirak edən QSC-nin əmək kollektivləri istehsalat sahələrinin abadlaşdırılması, yeni yaşıllıqların salınması və bitkilərə mövsümü qulluq göstərilməsi  işlərini həvəslə yerinə yetirmişlər.

     İməcilikdə QSC-nin Tullantıların emalı departamentinin 6-cı sahəsinin ( Heydər Əliyev adına BNEZ-nin ərazisi), 7-ci sahəsinin (“Azərneftyağ” NEZ-nun ərazisi), həmçinin Torpaqların rekultivasiyası departamentinin əmək kollektivləri xüsusi fəallıq göstərmişlər. İməcilik  QSC-nin xidmət göstərdiyi layihə ərazilərini, “Bibiheybətneft”, “Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərindəki  yaşıllaşdırma sahələrini də əhatə etmişdir.  Bu ərazilərdəki mövcud bitkilərə mövsümü aqrotexniki xidmətlər göstərilmiş, budanmış budaqlar və yad əşyalar sahələrdən kənarlaşdırılmışdır.

    ”Ekol Mühəndislik Xidmətləri” QSC-nin 6 illiyi ilə əlaqədar digər tədbirlərin növbəti həftədə davam etdirilməsi nəzərdə tutulur.


                   

 
 
 
 

tarix : 14.04.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.