ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin 6 illiyi ilə əlaqədar tədbir keçirilmişdir

 Aprelin 17-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyətə başlamasından 6 il ötür. Bununla əlaqədar olaraq, rəhbərliyin və kollektivin iştirakı ilə aprelin 14-də ildönümünə həsr edilmiş ümumi iməcilik, aprelin 17-də isə toplantı keçirilmişdir.

    Toplantıda  QSC-nin baş direktoru Ramil Əliyev çıxış edərək, öncə  toplantı iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik etmiş və QSC-nin 6 illik fəaliyyəti haqqında qısa məlumat vermişdir. O qeyd etmişdir ki,  Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları  tərəfindən ekologiya sahəsində qəbul edilən davamlı Dövlət Proqramlarında  ARDNŞ-nin qarşısında mühüm vəzifələr qoyulmuşdur. Mövcud şəraitdə qarşıda duran  ekoloji problemlərin aradan qaldırılması məqsədilə, müasir tipli Birgə Müəssisələrin yaradılması  zərurətindən 01 mart 2006-cı il tarixdə “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılmışdır.
    ARDNŞ (51%) və  “Lancer Services S.A.” Şirkəti (49%) tərəfindən təsis edilmiş QSC 17 aprel  2006-cı il tarixdə dövlət qeydiyyatından  keçərək öz hüquqi statusunu almışdır. Bununla əlaqədar olaraq, hər il aprelin 17-si tarixində  müəssisəmizin ildönümü təntənə ilə qeyd olunur.
      Ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması  kimi ümumbəşəri bir missiyanı həyata keçirən “Ekol Mühəndislik Xidmətləri” QSC, ötən dövr ərzində maddi-texniki bazasının və peşəkar kadr personalının formalaşmasına nail olmuş və ekoloji problemlərin həlli sahəsində özünü potensial bir şirkət kimi təsdiq etmişdir.
    QSC ilk fəaliyyətinə  Heydər Əliyev adına BNEZ-nun  9-cu sexinin ərazisində sənaye-çirkab sularının təmizlənməsi ilə başlamışdır. İllər ötdükcə sürətli və davamlı inkişaf yolu seçən  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrinə ekoloji monitorinq,  kompleks laboratoriya xidmətləri,  ekoloji texniki-normativ sənədlərin işlənib hazırlanması, neftşlamın emalı və zərərsizləşdirilməsi, parafinin təmizlənməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası, eləcə də bir sıra digər ekoloji yönümlü  sahələr əlavə edilmişdir.
     Heydər  Əliyev adına  BNEZ-nun, “Azərneftyağ” NEZ-nun  sənaye-çirkab sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi, “Azneft”  İB-nin   “Siyəzənneft”,  “Balaxanıneft”,  ”Bibiheybətneft” ”Abşeronneft”, Ə.Əmirov və  Z.Tağıyev adına NQÇİ-nin mədən  ərazilərində  çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası, eləcə də mədən ərazilərində yaşıllıqların salınması və aqrotexniki xidmətlərin göstərilməsi kimi prioritet ekoloji  layihələrin uğurla həyata keçirilməsi məhz “Ekol Mühəndislik Xidmətləri” QSC-nin adı ilə bağlıdır.
    Fəaliyyətini  beynəlxalq standartlar səviyyəsində quran QSC-nin strukturunda bir çox xidmətlər və şöbələrlə yanaşı Tullantıların emalı, Ekoloji monitorinq, Torpaqların rekultivasiyası departamentləri, İqtisadiyyat və uçot idarəsi yaradılmışdır. QSC bir sıra  dövlət orqanlarının  xüsusi lisenziyalarını,  2007 -ci ildə isə Ekologiya İdarəetmə Sistemi üzrə  İSO-14001  sertifikatını almış  və fəaliyyətini bu standartlar səviyyəsində qurmuşdur. Hazırda İSO-9001 və     OHSAS-18001 beynəlxalq standartlarını qəbul edilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir.
    Xarici əlaqələrini günü-gündən genişləndirən QSC dünyanın qabaqcıl şirkətlərinin yeni texnika və texnologiyalarının istehsalata tətbiqi sahəsində də  daimi məqsədyönlü tədbirlər həyata keçirir. Hazırda QSC-nin istehsalat sahələrində  neftşlamı emal edən İsveçin “Alfa_Laval” şirkətinin  modul dekantor qurğuları, İtaliyanın “Pieralisi” şirkətinin modul trikantor qurğusu, sənaye-çirkab sularının təmizlənməsi üçün Almaniyanın “Facet” şirkətinin separator qurğusu və digər şirkətlərin müasir qurğuları uğurla istismar edilir.
     Respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində uğurlu fəaliyyətinə görə QSC dəfələrlə bir çox KİV vasitələri tərəfindən “İlin şirkəti” nominasiyası üzrə mükafatlara layiq görülmüşdür. “Ekol Mühəndislik Xidmətləri” QSC hazırda da respublikamızın, xüsusilə neft sənayesi sahələrinin ekoloji vəziyyətinin yaxşılaşdırılması sahəsində öz məqsədyönlü fəaliyyətini əzmlə davam etdirir.
    Ramil Əliyev qeyd etmişdir  ki, əldə olunan nailiyyətlərdə kollektivin hər bir üzvünün  xüsusi əməyi vardır. Buna görə  hər birinizə öz təşəkkürümü bildirir və əmin olmaq istəyirəm ki, bundan sonra da QSC-nin inkişafında  bütün bilik və bacarığınızı əsirgəməyəcəksiniz. Bir daha hamınızı müəssisəmizin 6 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
  Toplantıda çıxış edənlər, baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, İqtisadiyyat və uçot idarəsinin rəisi Əli Bağışov, Hüquq Şöbəsinin rəisi Ruhəngiz Qəhrəmanova, baş direktorun məsləhətçisi Kamil Akimov, İctimai sosial şöbənin rəisi Fəxrəddin Quliyev, Kadrlar şöbəsinin rəisi Sədaqət Söhbətova və başqaları QSC-nin 6 il ərzində əldə etdiyi uğurlardan, qarşıda duran vəzifələrdən danışmış və ildönümü münasibətilə kollektivi təbrik etmişlər.
    Toplantının sonunda 6 illiklə əlaqədar, QSC-nin  ayrı-ayrı istehsalat sahələrindən olan bir qrup işçilərə yüksək əmək göstəricilərinə görə Fəxri Fərmanlar təqdim edilmişdir.

tarix : 17.04.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.