ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də Deqremon şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

Xarici əlaqələrinin genişləndirilməsi, yeni texnika və texnologiyaların istehsalata tətbiqi sahəsində həyata keçirilən tədbirlər çərçivəsində, aprelin 18-də QSC-nin baş ofisində Deqremon şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, Global Energy Solutions MMC-nin baş direktoru Murad Sadıxov, Deqremon şirkətinin prezidentinin məsləhətçisi, kommersiya direktoru Klod Shoer, AGS-nin baş meneceri Matthieu Mitterrahd, Cifal Groupe-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Əsgər Ələkbərov iştirak etmişlər.

 
Baş direktor Ramil Əliyev qonaqları səmimi salamlayaraq onlara QSC haqqında qısa məlumat verdi. Sonra Global Energy Solutions MMC-nin baş direktoru Murad Sadıxov əlaqələndirici qismində görüşün məqsədini açıqladı və qonaqları QSC rəhbərliyinə təqdim etdi.
Deqremon şirkətinin prezidentinin məsləhətçisi, kommersiya direktoru Klod Shoer təmsil etdiyi şirkət haqqında görüş iştirakçılarına geniş məlumat verdi. O bildirdi ki, Deqremon şirkəti sənaye, məişət və içməli suların təmizlənməsi üzrə ixtisaslaşmışdır. Şirkət eyni zamanda “Sifarişçi” təşkilatlara laboratoriya nəzarət xidmətləri də göstərir. Şirkət öz fəaliyyətində ən müasir texnika və texnologiyalardan istifadə edir. Hazırda Qazaxıstanda, o cümlədən Azərbaycanda Sanqaçal terminalında çirkab suların və bərk tullantıların təmizlənməsi sahəsində şirkətlər qrupuna daxil olan “SİTA Remediation” şirkəti ilə birgə layihələr həyata keçirirlər.
Klod Shоеr qeyd etdi ki, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin analoji xidmətlər göstərilməsi sahəsində potensial bir şirkət kimi tanınması onların diqqətini cəlb etmişdir. Elə bu səbəbdən də QSC ilə əməkdaşlıq etməkdə maraqlıdırlar.
Ramil Əliyev ekoloji yönümlü layihələrin həyata keçirilməsi sahəsində inkişaf etmiş şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulmasında QSC-nin də daimi maraqlı olduğunu və bu istiqamətdə davamlı işlər görüldüyünü qeyd etdi. O bildirdi ki, əməkdaşlıq sahəsində “SİTA Remediation” şirkəti ilə QSC arasında artıq ilk addımlar atılmışdır. Hazırda qarşılıqlı təkliflər paketinin hazırlanması üzərində işlər aparılır.
Görüşdə dəniz suyunun şirinləşdirilməsi, sənaye çirkab sularının və neftlə çirklənmiş torpaqların təmizlənməsi, neftşlamın, eləcə də turşulaşmış qudronun müasir texnologiyalarla emal olunması məsələləri ətrafında geniş müzakirələr aparıldı. Klod Shoer bildirdi ki, hazırda bu istiqamətdə bir çox tanınmış şirkətlərlə
uğurlu layihələr həyata keçirirlər.
Geniş müzakirələr şəraitində keçirilən görüşdə hər iki tərəf öz məmnunluğunu bildirdi və qərara alındı ki, gələcək əməkdaşlıq üçün ikitərəfli təkliflər hazırlansın və mütəxəssislərin iştirakı ilə müzakirələr davam etdirilsin.
Sonda qonaqlar səmimi qəbula və səmərəli müzakirələrə görə QSC rəhbərliyinə öz təşəkkürlərini bildirdilər. Bununla da görüş başa çatdı.

 

tarix : 19.04.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.