ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də Norveçin THERMTECH şirkətinin qazma şlamını emal edən qurğusunun prezentasiyası keçirilmişdir

   Aprelin 19-da “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində qazma şlamını emal edən qurğunun təqdimatı olmuşdur. Görüşdə THERMTECH şirkətinin satış üzrə direktoru Rocco V.Valentinetti, əməliyyat üzrə menecer Stein Kleppe, ARDNŞ-nin ekologiya üzrə vitse-prezidentinin müşaviri Hikmət İslamov, ARDNŞ-nin Ekologiya İdarəsinin baş mühəndisi Yaqub Ağasıyev, QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, baş direktorun SƏTƏM üzrə müavinin Rəşad İsmayılov, eləcə də ARDNŞ-nin Ekologiya İdarəsinin və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin aidiyyəti mütəxəssisləri iştirak etmişlər.

    Görüşü giriş sözü ilə açan QSC-nin baş direktoru Ramil Əliyev iştirakçıları salamlayaraq  görüşün məqsədi barədə qısa məlumat verdi və qonaqları onlara təqdim etdi.
   Sonra THERMTECH şirkətinin  satış üzrə direktoru Rocco V.Valentinetti  qurğunun təqdimatına başladı. O bildirdi ki,  TCC (Qazma şlamının  termik üsulu ilə təmizlənməsi qurğusu) şirkət tərəfindən inkişaf etdirilmiş separasiya texnologiyasıdır ki, ondan dünyanın bir çox ölkələrində  istifadə edilir. Kommersiya və ekoloji cəhətdən çox səmərəli olan bu qurğu vasitəsilə neftli tullantıların bir çox komponentrləri asanlıqla ayrılır, təmizlənir və yenidən istifadəyə verilir. Neft əsaslı qazma şlamları  bu qurğu vasitəsilə üç əsas komponentə, mineral bərk tullantılara, təmiz neftə və suya ayırmaq asanlıqla mümkündür. Artıq 2010-cu ildən başlayaraq bu şirkətin qurğuları dünya ölkələrində həm dənizdə, həm də quruda geniş istifadə olunur. Təqdimat zamanı Rocco V.Valentinetti stasionar və mobil formada olan bu qurğuların  iş prinsipi və texniki göstəriciləri haqqında görüş iştirakçılarına geniş məlumat verdi.
     Görüş qızğın müzakirələr və qarşılıqlı dialoq  şəraitində keçdi. Bir sıra texniki məsələlərə aydınlıq gətirildi. Qərara alındı ki, bu müzakirələrin davamlı olmasına  və bir sıra texniki şərtlərin dürüstləşməsinə ehtiyac vardır . Bunun üçün bu istiqamətdə səylər artırılmalıdır.

 

tarix : 20.04.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.