ARDNŞ-nin “Ətraf mühitin mühafizəsi”nin 2012-ci il üçün tədbirlər planına uyğun olaraq, martın 31-dən başlayaraq hər həftənin şənbə günü “Ekol Mühəndislik Xidmətləri” QSC-də iməciliklər təşkil olunur. Növbəti iməcilik isə aprelin 21-də keçirilmişdir. İməciliyə QSC-nin kollektivinin çoxlu sayda üzvləri qatılmışlar.
İməcilikdə QSC-nin Heydər Əliyev adına BNEZ-nun və “Azərneftyağ” NEZ-nun istehsalat sahələrindəki mexaniki təmizləyici qurğuların ətrafındakı sahələr alaq otlarından təmizlənmiş və sahədən kənarlaşdırılmışdır. Eyni zamanda istehsalat sahələrindəki yaşıllıqlara mövsümü qulluq göstərilmiş, ərazilərdə kifayət qədər təmizlik və abadlıq işləri yerinə yetirilmişdir. İməcilik QSC-nin bütün istehsalat sahələrini, o cümlədən xidmət göstərdiyi layihə ərazilərini (“Bibiheybətneft”, “Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ ) əhatə etmişdir. İməciliyin növbəti şənbə günündə də keçirilməsi nəzərdə tutulmuşdur.
tarix : 23.04.2012
|