ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Ə.Əmirov adına NQÇİ-nin mədən ərazisində neftşlamın bioremediasiyasının son mərhələsi başa çatmışdır

2011-ci ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi ekoloji layihələrdən biri də Ə.Əmirov adına NQÇİ-nin 3-cü mədən ərazisindəki neft tutucuda mövcud olan neftşlamın çıxarılması və bioremediasiyası layihəsidir.

Layihəni icra edən QSC-nin Torpaqların rekultivasiyası departamenti tərəfindən ötən il təqvim planına uyğun olaraq, NQÇİ-nin 3-cü mədən ərazisindəki neft tutucudan 9 360 m3 neftşlam çıxarılaraq bioremediasiya üçün ayrılmış 5 hektar sahəyə daşınmışdır. 2012-ci ilin I rübündə texnoloji reqlamentə uyğun olaraq neftşlam sahəyə yayılaraq şumlanmış, sahəyə saman, üzvü və qeyri üzvü gübrələr verilməklə təkrar şumlama işləri aparılmışdır.
Cari ilin aprel ayında isə QSC-nin Torpaqların rekultivasiyası departamenti neftşlamın zərərsizləşdirilməsi üçün əlverişli üsullardan olan bioremediasiya proseslərinin son mərhələsini həyata keçirmişdir. Bioremediasiya sahəsinə normativə uyğun olaraq arpa səpilmişdir ki, bu da həmin sahədə landşaftın bərpasına öz müsbət təsirini göstərəcəkdir.

 

tarix : 24.04.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.