ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də “AWAS” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

Aprelin 26-da “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində Almaniyanın “AWAS” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə ARDNŞ-nin Ekoloji Layihələrin Ekspertizası şöbəsinin, ARDNŞ-nin Ekologiya İdarəsinin və QSC-nin rəhbər işçiləri, mütəxəssisləri, eləcə də “AWAS” şirkətinin nümayəndələri iştirak etmişlər.

QSC-nin baş direktorunun istehsalat üzrə müavini - Texniki direktor Məzahir Hüseynov iştirakçıları salamlayaraq görüşün məqsədi barədə məlumat verdi. O bildirdi ki, bu görüş nanotexnologiyaların istehsalata tətbiqi sahəsində QSC-nin həyata keçirdiyi tədbirlərin məntiqi davamıdır və “AWAS” şirkətinin su təmizləyici qurğuları ilə tanış olmaq məqsədilə təşkil olunmuşdur. Sonra “AWAS” şirkətinin prezidenti Xaynts İnn təmsil etdiyi şirkət haqqında məlumatı və istehsal etdikləri su təmizləyici qurğular haqqında məlumatı görüş iştirakçılarına təqdim etdi.

Xaynts İnn bildirdi ki, “AWAS” şirkəti artıq 35 ildir ki, çirkab məişət sularının və neftlə çirklənmiş suların təmizlənməsi sahəsində fəaliyyət göstərir. Şirkət qısa müddət ərzində bir sıra dövlətlərdə fəaliyyətə başlamış və özünə etibarlı tərəfdaşlar toplamışdır. Sonra o şirkətin istehsal etdiyi müxtəlif modelli qurğuların elektron məlumatlarını və video çarxlarını iştirakçılara təqdim etdi və qurğuların iş prinsipi, onların texniki göstəriciləri barədə ətraflı şərh verdi.

Qurğuların təqdimatından sonra görüş iştirakçıları qarşılıqlı dialoq əsasında geniş müzakirələr apardılar. Bu qurğuların Azərbaycan şəraitində istifadə olunmasının mümkün variantları, texniki şərtləri və iqtisadi səmərəliliyi məsələlərinə aydınlıq gətirildi.

Sonda Məzahir Hüseynov maraqlı təqdimata görə “AWAS” şirkətinin nümayəndələrinə öz təşəkkürünü bildirərək, bu qurğular haqqında QSC-nin geniş heyətdə mütəxəssisləri ilə müzakirələr aparılacağını və belə görüşlərin davam edəcəyinə əmin olduğunu qonaqların diqqətinə çatdırdı.

“AWAS” şirkətinin prezidenti Xaynts İnn səmimi qəbula və maraqlı görüşə görə QSC rəhbərliyinə öz minnətdarlığını bildirdi.
 

tarix : 27.04.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.