ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar QSC-də tədbir keçirilmişdir

Ümumdünya Əməyin Mühafizəsi günü hər il aprelin 28-də dünyanın yüzdən çox ölkəsində, o cümlədən Azərbaycanda qeyd olunur. “Ekol Mühəndislik Xidmətləri” QSC-də hər il bu əlamətdar günü yüksək səviyyədə qeyd edir. Bununla əlaqədar olaraq QSC-də Əməyin Mühafizəsi gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rəhbər və mühəndis-texniki işçiləri iştirak etmişlər.

Tədbirdə çıxış edən Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov qeyd etdi ki, işçilərin sağlam və təhlükəsiz əmək şəraitinin təşkili bu gün bütün dünyada aktual problemlərdən biridir. Buna görə də Beynəlxalq Əmək Təşkilatı tərəfindən 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü elan olunmuşdur. “Ekol Mühəndislik Xidmətləri” QSC-də də əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə əməl edilməsi daimi diqqət mərkəzindədir və bu istiqamətdə bütün müvafiq tədbirlər mütəmadi olaraq həyata keçirilir.
S.Veysəlov bildirdi ki, ötən illərdə olduğu kimi cari ilin müvafiq dövründə də istehsalat sahələrində əməyin mühafizəsi üzrə xeyli tədbirlər görülmüş və nəticələr ümumən qənaətbəxş olmuşdur. Bununla yanaşı, Əməyin mühafizəsi məsələləri həmişə diqqət mərkəzində saxlanılmalı, bu sahəyə nəzarət və məsuliyyət hissi gücləndirilməlidir.
Tədbirdə çıxış edənlər, İctimai sosial şöbənin mühəndisi, Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov və Texniki təhlükəsizlik şöbəsinin rəis müavini Tapdıq Quliyev bildirdilər ki, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrində əməyin mühafizəsinin vəziyyəti, texniki təhlükəsizlik tələblərinə riayət olunması, istehsalat-sanitariya normalarına uyğun işçilərin sanitar-məişət otaqları ilə, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunması yaxşı təşkil edilmişdir. Bununla belə, insan taleyi ilə bağlı olan bu məsələlər daimi nəzarətdə saxlanılmalı və texniki təhlükəsizlik tələblərinə tam uyğunlaşdırılmalıdır.
Bununla da Ümumdünya Əməyin Mühafizəsi gününə həsr olunmuş toplantı başa çatmışdır.

 

tarix : 30.04.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.