Futzal üzrə Azərbaycan çempionatının 3-cü dövrəsi gərgin mübarizə şəraitində davam edir. 3-cü dövrənin ilk turunda “Qarabağ” komandasını 9:2 hesabı ilə məğlub edən komandamız, aprelin 29-da “Azekolab” komandası ilə qarşılaşmışdır.
Bu görüş 16:1 hesabı ilə “Ekol” komandasının qələbəsi ilə başa çatmışdır. Komandamızın növbəti görüşü PSL komandası ilə nəzərdə tutulur. “Ekol” MFK futzal üzrə Azərbaycan çempionatında mübarizəsini əzmlə davam etdirir.
tarix : 03.05.2012
|