ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC “Bakı Ağ Şəhər” layihəsi ərazisində neftlə çirklənmiş torpaqların təmizlənməsini davam etdirir.

Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, “Ağ Şəhər” adlandırılacaq yeni müasir mərkəzin yaradılması istiqamətində geniş miqyaslı və iri maliyyə tutumlu layihələrin icrası davam etdirilməkdədir. Bu məqsədlə, 2010-cu ildən başlayaraq paytaxtın “Qara Şəhər” adlanan ərazisində köhnəlmiş sənaye obyektlərinin şəhər hüdudlarından kənara çıxarılması və çirklənmiş torpaqların təmizlənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərin həyata keçirilməsində “Ekol Mühəndislik Xidmətləri” QSC də yaxından iştirak edir.

QSC 2010-cu ilin fevral ayından başlayaraq “Bakı Ağ Şəhər” layihəsinin “Yaşıl ada” ərazisindəki köhnəlmiş neft sənaye obyektlərindən neftşlamın çıxarılaraq şəhərin hüdudlarından kənara, xüsusi poliqona daşınması işlərini yerinə yetirir.
Qeyd edək ki, icra müddətində QSC tərəfindən layihə ərazisindən 26 min m3-dən çox neftşlam çıxarılaraq müvafiq qaydada anbarlaşdırılmış, 2012-ci ilin I rübü də daxil olmaqla ərazidən 934 min m3-ə qədər neftlə çirklənmiş torpaq çıxarılaraq poliqona daşınmışdır. 14 hektardan çox sahə çirklənmədən təmizlənmişdir. Hazırda layihə üzrə işlər davam etdirilir.

 

 

tarix : 03.05.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.