ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin nümayəndələri ABŞ-da xidməti ezamiyyətdə olmuşlar

      Hər il ABŞ-nın Texas ştatının Hyuston  şəhərində keçirilən  Beynəlxalq Konfrans və sərgi, dünya ölkələrinin neft-qaz sənayesi və ətraf mühitin mühafizəsi sahəsində  istehsal olunan  yeni texnologiyaların nümayiş etdirilməsi və öyrənilməsi məqsədilə dünyanın hər yerindən bu sahələrə aid olan mütəxəssisləri bir araya gətirir.  Bu ilki Konfrans-sərginin geniş diapozonlu texniki proqramına yüzlərlə rəsmi prezentasiyalar və xüsusi diskusiyalar daxil  olunmuş, 2 mindən çox şirkət sərgidə öz yeni  qurğu və avadanlıqlarını nümayiş etdirmişlər.

     Bu mötəbər tədbirə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin nümayəndələri  də qatılmışlar.  “Ətraf mühitin qorunması” məsələlərinə həsr olunmuş  Beynəlxalq sərgidə iştirak etmək üçün  QSC-nin baş direktorunun ümumi işlər üzrə müavini İsrafil Əliyev, baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, Marketinq və xarici iqtisadi əlaqələr şöbəsinin rəisi Rövşən Fətullayev  aprelin 28-dən mayın 4-dək ABŞ-nın  Texas ştatının Hyuston şəhərində xidməti ezamiyyətdə olmuşlar.
     Ezamiyyə müddətində QSC nümayəndələri   dünyanın qabaqcıl  şirkətlərinin ətraf mühitin mühafizəsi sahəsində sərgidə nümayiş etdirdikləri  müasir texnologiyalar, qurğu və avadanlıqlarla yaxından maraqlanmışlar. Nümayəndələrimiz eyni zamanda   “Netzsch”, “Bornemann  Pumps”, “DPS Protec” “TSC Offshore”, “Jereh  Energy Services Corporation”  və digər şirkətlərin təmsilçiləri ilə fikir mübadiləsi aparmış, gələcək əməkdaşlıq münasibətlərinin mümkün variantları  müzakirə olunmuşdur.  Dörd gün davam edən sərgidə təmsilçilərimiz   kifayət qədər maraqlı məlumatlar əldə etmişlər.
 
 

 
 
 

tarix : 08.05.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.