ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik xidmətləri” QSC-də ABŞ-nın “ARGUS” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

      Mayın 07-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində  ABŞ-nın  “ARGUS”   şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə ARDNŞ-nin Ekoloji Layihələrin  Ekspertizası şöbəsinin, Ekologiya İdarəsinin və QSC-nin rəhbər işçiləri, mütəxəssisləri, eləcə də “ARGUS”  şirkətinin nümayəndələri iştirak etmişlər.

     QSC-nin baş direktorunun SƏTƏM üzrə müavini Rəşad İsmayılov iştirakçılarını  salamlayaraq, qonaqlara  “Ekol Mühəndislik Xidmətləri” QSC haqqında qısa məlumat vermişdir.  Rəşad İsmayılov  neftşlamın emalı, sənaye çirkab sularının və neftlə çirklənmiş torpaqların  təmizlənməsi sahəsində  yeni texnologiyaların istehsalata tətbiqi sahəsində maraqlı olduqlarını və bu məqsədlə də analoji şirkətlərlə əməkdaşlığa hər zaman hazır olduqlarını qonaqların diqqətinə çatdırmışdır.

    Rəşad İsmayılov qeyd etmişdir ki, ARGUS  şirkəti neftşlamı  termik üsulla emal edən qurğuların istehsalı sahəsində  tanınmış bir şirkətdir. Odur ki,  bu şirkətlə əməkdaşlıq etmək məqsədilə xeyli vaxtdır ki, yazışmalar aparılır və qurğuların texniki xarakteristikaları öyrənilir.

   ARGUS şirkətinin nümayəndələri, vitse-prezident Dmitriy Kanevskiy və Sergey Razlivkin  səmimi qəbula görə QSC rəhbərliyinə  öz minnətdarlıqlarını bildirmiş və təmsil etdikləri şirkət haqqında görüş iştirakçılarını məlumatlandırmışlar. Sonra onlar ARGUS şirkətinin istehsalı olan  Termo Dezorpsiya qurğusunun texniki xarakteristikaları, iş prinsipi  haqqında geniş məlumat vermişlər.

  Görüşdə qurğunun məhsuldarlığı, texniki parametrləri, enerji sərfi, qurğunun çatdırılması, quraşdırılması, təmiri  və digər məsələlər ətrafında geniş müzakirələr aparılmışdır. Qərara alınmışdır ki, suallar toplusu əsasında müzakirələr  son mərhələyədək davam etdirilsin.
 

 
 
 

 

tarix : 09.05.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.