ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu il dönümü qeyd olunmuşdur

   Respublikamızın hər yerində olduğu kimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü  “Ekol Mühəndislik Xidmətləri”    QSC-də də  bir sıra tədbirlərlə qeyd olunmuşdur. İl dönümü ərəfəsində QSC-də iməcilik təşkil olunmuş, əmək kollektivləri arasında nərd turniri  keçirilmişdir. 

     Mayın 10-da isə  QSC-nin  kollektivi Heydər Əliyevin adını daşıdığı BNEZ ərazisindəki abidəsi önünə  tər çiçəklər düzmüş, onun əziz xatirəsini ehtiramla yad etmişlər. Tədbir QSC-nin  baş ofisində  ulu öndərin 89-cu ildönümünə həsr olunmuş anım mərasimi  ilə davam etmişdir.
     Mərasimdə çıxış edənlər  həyatını xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin əldə edilməsi, suverenliyimizin qorunub saxlanılması, respublikamızın iqtisadi qüdrətinin yüksəldilməsi istiqamətində gördüyü işlərdən və  onun həyatımızın bütün sahələrindəki fəaliyyətindən ətraflı bəhs etmişdir. 
    Qeyd olunmuşdur ki, Heydər Əliyevin  siyasi fəaliyyətinin əsas missiyası Azərbaycanı bəlalardan xilas etmək olub. Yalnız onun  dərin zəkası Azərbaycanı bir dövlət kimi məhv olmaqdan  xilas etdi. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ulu öndərin siyasi kursu uğurla davam etdirilir. Bu uğurlu siyasət nəticəsində  ölkəmiz regionun ən inkişaf etmiş dövlətinə çevrilmişdir.
     Mərasimdə  suveren Azərbaycan dövlətinin  qurucusu və memarı, fenomen şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən geniş danışılmış, onun  ideyalarının  həyata keçirilməsi, respublikamızın iqtisadi qüdrətinin güclənməsi və daha da çiçəklənməsi naminə layiqli töhfələr verilməsinin hər bir kəsin vətəndaşlıq və mənəvi borcu olması  xüsusilə vurğulanmışdır. Qeyd olunmuşdur ki, nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.
      Mərasim iştirakçıları ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş,  böyük ehtiramla onun ruhu qarşısında  baş əymişlər.
 

 

tarix : 10.05.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.