ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də Heydər Əliyevin anadan olmasının 89-cu il dönümünə həsr olunmuş nərd turniri keçirilmişdir
Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu il dönümü ilə əlaqədar “Ekol Mühəndislik Xidmətləri” QSC-də silsilə tədbirlər keçirilmişdir. Yadda qalan tədbirlərdən biri də nərd turniri olmuşdur. Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən turnirə QSC kollektivinin 40 nəfərədək nərd həvəskarı qatılmışlar. 

Turnirin açılışında çıxış edənlər, QSC-nin baş direktorunun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, İctimai sosial şöbənin rəisi Fəxrəddin Quliyev və Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov ümummilli lider, müasir Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən danışmış, onun müstəqilliyimizin əldə olunması, respublikamızın hərtərəfli inkişafı və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması sahəsindəki rolunu xüsusilə qeyd etmişlər. Natiqlər turnir iştirakçılarına yarışın şərtləri haqqında məlumat vermiş və bu yarışda onlara uğurlar arzulanmışlar. Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra turnirə start verildi. Gərgin mübarizə şəraitində keçən turnirin final mərhələsində qalibləri müəyyən olunmuşdur. 1-ci yerə Nəqliyyat sexinin sürücüsü Abbas Yarməmmədov, 2-ci yerə İnzibati təsərrüfat şöbəsinin yardımçı fəhləsi Soltan Abduyev, 3-cü yerə isə İnzibati təsərrüfat şöbəsinin suvaqçısı Sənani Həsənov layiq görülmüşlər.
Sonda qaliblərə xüsusi diplom və pul mükafatları təqdim olunmuş və xatirə şəkili çəkilmişdir.

tarix : 14.05.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.