ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Kamil Akimovun “Qara qızılın Kamillik dövrü” kitabının təqdimatı olmuşdur

     Mayın 11-də Miniatür Kitab Muzeyində Kamil Akimovun Müəllifi olduğu “Qara qızılın kamillik dövrü” kitabının təqdimat mərasimi keçirilmişdir. Mərasimdə tanınmış dövlət və elm xadimləri, KİV-nin nümayəndələri, müəllifin iş yoldaşları və Kamil sevərlər iştirak etmişlər.

     Azərbaycanın neft emalı sənayesinin korifeylərindən sayılan, ömrünün 60 ilindən çoxunu bu sahəyə həsr etmiş Kamil Akimovun  həyat və fəaliyyətini əks etdirən  bu kitab mərasim iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
    Mərasimdə çıxış edənlər, dövlət xadimi Sadıx  Murtuzayev, akademik Böyükkişi Ağayev, millət vəkili Hüseynbala Mirələmov, Kubanın azərbaycandakı səfiri Marsello Kabaleyro Torres, Miniatür Kitab Muzeyinin təsisçi və yaradıcısı Zərifə Salahova, tanınmış iqtisadçı Bəybala Xankişiyev və başqaları Kamil müəllimin həyat və fəaliyyəti haqqında öz təəssüratlarını danışdılar. Qeyd olundu ki, 70-80-cı illərdə Azərbaycanın  Neft Emalı Sənayesi naziri  vəzifəsində çalışmış  Kamil Akimov ulu öndər Heydər Əliyevin rəhbərliyi və dəstəyi ilə respublikamızın neft emalı sənayesində  yeni bir dövrün başlanğıcını qoymuşdur. Onun inadkar səyi nəticəsində o illərdə  Neft emalı zavodlarında aparılmış yenidənqurma işləri və yeni qurğuların quraşdırılması, emalın təkmilləşdirilməsi və məhsuldarlığın artırılması bu gün də ölkə iqtisadiyyatına öz tövhələrini verməkdədir.
    Natiqlər xüsusilə vurğulamışlar ki, bu kitab  milli-mənəvi dəyərlərimizi, neft emalı sənayesinin tarixini və dövlətçiliyimizin əsas elementlərini özündə əks etdirməklə yanaşı,  Kamil müəllimin  örnək ola biləcək həyat və fəaliyyətinin gələcək nəslə çatdırılması baxımından da çox əhəmiyyətlidir. Odur ki,  bu kitabı yazıb ərsəyə gətirdiyinə görə Kamil müəllimə dərin minnətdarlığımızı bildirir, ona can sağlığı uzun ömür arzulayırıq.
     Sonda Kamil Akimov  kitabın  işıq üzü görməsində xüsusi əməyi olan   ARDNŞ-nin rəhbərliyinə bir daha təşəkkürünü bildirmiş, təqdimetmə mərasimində əməyi olan və  iştirak edən hər bir kəsə minnətdarlığını bildirmişdir. Mərasim KİV tərəfindən işıqlandırılmışdır.
     Kamil Akimov  ömrünün 85-ci baharını yaşamaqla, yorulmaq bilmədən  hazırda “Ekol Mühəndislik Xidmətləri” QSC-də  baş direktorun məsləhətçisi vəzifəsində çalışır. O öz həyat  təcrübəsini gənclərə həvəslə öyrədir. Neft sənayesi müəssisələrində  ekoloji vəziyyətin yaxşılaşdırılması layihələrinin icrasında öz tövsiyələrini əsirgəmir.
    QSC-nin kollektivi də Kamil Akimovu  həyati əhəmiyyətli bu kitaba görə təbrik edir, onun həyat təcrübəsindən hələ uzun illər  yararlanacaqlarına əminliklərini bildirirlər.
 
 

tarix : 16.05.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.