ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

ARDNŞ və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin nümayəndə heyəti Almaniyada xidməti ezamiyyətdə olmuşlar

2012-ci ilin 6-12 may tarixlərində Almaniyanın Federativ Respublikasının Münhen IFAT adı altında beynəlxalq sərgi keçirilmişdir. Sərgidə neftşlamın emalı, neftlə çirklənmiş torpaqların və çirkab suların təmizlənməsi, xüsusi tullantıların (kabel, şin və elektron avadanlıqların) yenidən emal edilməsi ilə məşğul olan şirkətlər özlərinin ən yeni texnika və texnologiyalarını nümayiş etdirmişlər.

Sərgidə həmçinin dünyanın bir çox qabaqcıl istehsal şirkətləri iştirak edərək özlərinin ətraf mühitin mühafizəsi sahəsində ən müasir texnologiyalarını, stend və eksponatlarını sərgi iştirakçılarına təqdim etmişlər. “Ətraf mühitin qorunması” məsələlərinə həsr olunmuş bu mötəbər Beynəlxalq sərgidə iştirak etmək üçün ARDNŞ-nin Ekologiya üzrə vitse-prezidentin müşaviri Hikmət İslamov, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun istehsalat üzrə müavini – Texniki direktor Məzahir Hüseynov, Marketinq və xarici iqtisadi əlaqələr şöbəsinin rəisi Rövşən Fətullayev mayın 6-12 tarixlərində Almaniyanın Federativ Respublikasının Münhen şəhərində xidməti ezamiyyətdə olmuşlar.
Ezamiyyə müddətində ARDNŞ və QSC nümayəndələri dünyanın qabaqcıl şirkətlərinin ətraf mühitin mühafizəsi sahəsində sərgidə nümayiş etdirdikləri müasir texnologiyalar, qurğu və avadanlıqlarla yaxından tanış olmuşlar. Nümayəndələr eyni zamanda analoji şirkətlərin təmsilçiləri ilə fikir mübadiləsi aparmış, gələcək əməkdaşlıq münasibətlərinin mümkün variantları müzakirə olunmuşdur. Altı gün davam edən sərgidə təmsilçilərimiz kifayət qədər maraqlı məlumatlar əldə etmişlər.

 
 

tarix : 16.05.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.