ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC yeni layihənin icrasını başlamışdır

 ARDNŞ-nin fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması tədbirləri geniş miqyasda davam etdirilir. Bu tədbirlərin icrasında yaxından iştirak edən “Ekol Mühəndislik Xidmətləri” QSC ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin sifarişi ilə may ayında yeni bir layihənin icrasına başlamışdır. Bu “Sabunçu rayonu ərazisində Bakı Olimpiya Stadionunun tikintisi ilə əlaqədar ayrılmış ərazidən fekal suların kənarlaşdırılması” layihəsidir. ARDNŞ-nin Ekologiya İdarəsinin apardığı monitorinqin nəticələrinə görə ərazidə 588 min m3 fekal suları, 251 min m3 isə neftşlam müəyyən edilmişdir.

Layihəni icra edən QSC-nin Tullantıların emalı departamenti may ayının 8-dən işlərə başlamış, əraziyə Almaniya istehsalı, məhsuldarlığı 150 m3/saat olan bir ədəd “Millars”, məhsuldarlığı 285 m3/saat və 570 m3/saat olan iki ədəd “VX” nasosları gətirilmişdir. Gün ərzində 10 saat işləyən nasoslar və stasionar boru xətti vasitəsilə fekal sular birbaşa QSC-nin BNEZ-nun 9-cu sexinin ərazisində yerləşən mexaniki təmizləyici qurğularına ötürülür. Artıq icra müddətində 28 min m3-dən çox fekal suları təmizləyici qurğulara ötürülmüşdür.
Layihənin icrasının qısa müddətdə başa çatdırılması və operativliyin təmin edilməsi məqsədilə ərazidə bütün lazımı tədbirlər görülmüş, əlavə olaraq 600 metrə qədər 150 mm-lik ötürücü boru xətti çəkilmişdir. QSC-nin Tullantıların emalı departamenti layihə üzrə işləri yüksək templə davam etdirir.

 

tarix : 18.05.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.