ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Ekoloji monitorinq departamentinin rəisi Şahabiddin Albuşovun 70 illik yubileyi qeyd olunmuşdur
       
      Mayın 21-də ömrünün 30 ildən çoxunu Respublikamızda ətraf mühitin mühafizəsi problemlərinə həsr etmiş Şahabiddin Bayram oğlu Albuşovun 70 illki yubileyi ilə əlaqədar geniş tədbir keçirilmişdir. Tədbirdə Şahabiddin Albuşovun uzun illər müxtəlif sahələrdə çiyin-çiyinə çalışdığı həmkarları, tanınmış ekoloqlar, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyi və kollektivin nümayəndələri iştirak etmişlər.
      Tədbirdə çıxış edənlər, QSC-nin rəhbərliyi, yubilyarın həmkarları və dostları mənalı həyat yolu keçmiş, öz fəaliyyətini bütövlükdə Respublikamızda ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması kimi şərəfli bir işə həsr etmiş Şahabiddin Albuşovun həyat və fəaliyyətindən danışmış, onun ömür yolunun çoxları üçün, xüsusilə gənc nəsil üçün örnək olduğunu xüsusilə vurğulamışlar.

 Qeyd olunmuşdur ki, səmərəli fəaliyyəti, kollektiv arasındakı nüfuzu, tələbkarlığı, intellektual səviyyəsi, rəhbərlik qabiliyyəti və digər şəxsi keyfiyyətləri nəzərə alınaraq Ş.Albuşov müxtəlif illərdə ayrı-ayrı təşkilatlarda rəhbər vəzifələrdə çalışmışdır. O bu vəzifələrdə işlədiyi müddətdə bir sıra ekoloji layihələrin uğurla həyata keçirilməsində və ətraf mühitin mühafizəsi sahəsində mürəkkəb və aktual problemlərin həll olunmasında yüksək nailiyyətlər əldə etmişdir. Eyni zamanda o bir sıra ekoloji layihələrin hazırlanmasının və həyata keçirilməsinin iştirakçısı olmuşdur ki, bu da ətraf mühitin mühafizəsində və ekoloji vəziyyətin yaxşılaşdırılmasında öz müsbət nəticələrini vermişdir.
Ş.Albuşov bilik və təcrübəsini daha da təkmilləşdirmək məqsədilə bir çox xarici dövlətlərdə, beynəlxalq seminar və konfranslarda, böyük layihələrin ekoloji ekspertizasının müzakirələrində, müşavirələrdə fəal iştirak etmiş və həyatı əhəmiyyətli təkliflər irəli sürmüşdür.
2006-ci ildə ARDNŞ-nin təsisçiliyi ilə “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılmış, elə həmin il Şahabiddin Albuşov peşəkar bir mütəxəssis kimi QSC-nin İstehsalat şöbəsinin rəisi vəzifəsinə dəvət edilmişdir. O, bu vəzifədə bütün bilik və bacarığından istifadə edərək yeni yaranmış müəssisənin inkişafına öz layiqli tövhələrini vermişdir. Hazırda o, peşəkarlıq, işgüzarlıq və təşəbbüskarlıq göstərməklə QSC-də Ekoloji monitorinq departamentinin rəisi vəzifəsində çalışır, həyata keçirilən ekoloji layihələrdə yaxından iştirak edir.
Ş.Albuşovun əməyi dövlət tərəfindən də layiqincə qiymətləndirilmişdir. O, səmərəli əmək fəaliyyətinə görə “Əməkdə igidliyə görə”, “Əmək veteranı” və “Ətraf mühitin mühafizəsi” medalları ilə təltif edilmişdir. Eyni zamanda, Şahabiddin Albuşov 70 illik yubileyi münasibətilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Fəxri Fərmanı və pul mükafatı ilə təltif olunmuşdur.
Yubiley münasibətilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyi və kollektivi adından ona uzun ömür, can sağlığı, ailə səadəti , şərəfli və mənalı ömür yolunda yeni-yeni nailiyyətlər arzulayırıq. Doğum gününüz mübarək Şahabiddin müəllim!

tarix : 22.05.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.