Futzal üzrə Azərbaycan Çempionatında 3-cü yer tutmuş “Ekol” MFK mayın 20-də start verilmiş Azərbaycan Kubokunun yarımfinal oyunlarına qatılmışdır. Elə həmin gün komandamız ilk yarımfinal qarşılaşmasında Bakının “Şturm” komandası ilə görüşmüş və rəqib komandanı 9:5 hesabı ilə məğlub edərək 2/1 final mərhələsinə vəsiqə almışdır.
Mayın 23-də, Şağan OİK-da Azərbaycan Kubokunun 2/1 mərhələsində “Ekol” komandası Bakının “Fans” komandası ilə qarşılaşacaqdır. Bu mərhələdə “Araz” komandası isə “Neftçi” komandası ilə görüşəcək və qaliblər müəyyən ediləcəkdir.
tarix : 23.05.2012
|