ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin konfransı keçirilmişdir

Mayın 22-də QSC-nin baş ofisində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin 2-ci hesabat seçki konfransı keçirilmişdir. Konfransda Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin məsul işçisi Eldar Nəsibov QSC-nin rəhbərliyi və kollektivin nümayəndələri iştirak etmişlər.

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərovun sədrliyi ilə keçirilən Konfransın gündəliyi və iş qrafiki səsə qoyularaq iştirakçılar tərəfindən yekdilliklə qəbul edildikdən sonra, “Ekol” HİK-nin sədri Əli Ələkbərovun 2009-2012-ci illərdə HİK-nin fəaliyyəti haqqında hesabat məruzəsi dinlənildi.
HİK sədrinin hesabat məruzəsi konfrans iştirakçıları tərəfindən geniş müzakirə olundu. Məruzə ətrafında çıxış edənlər: baş direktorun məsləhətçisi Kamil Akimov, İqtisadiyyat və uçot idarəsinin rəisi Əli Bağışov, İctimai sosial şöbənin rəisi Fəxrəddin Quliyev, Kadrlar şöbəsinin rəisi Sədaqət Söhbətova və başqaları HİK-nin 3 illik fəaliyyətinə irad və təkliflərini bildirməklə ümumən qənaətbəxş olduğunu qeyd etdilər. Konfrans iştirakçılarının yekdil səsi ilə hesabat qənaətbəxş hesab edildi.
Sonra gündəlikdə duran digər məsələlər, HİK-nin sədrinin, sədr müavininin, HİK rəhbər orqanının (komitə üzvlərinin) seçilməsi və Təftiş komissiyası tərkibinin təsdiq olunması ayrı-ayrılıqda səsə qoyularaq konfrans iştirakçıları tərəfindən yekdil səslə qəbul olundu. Əli Ələkbərov yenidən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri, Azad Həsənli isə sədr müavini seçildi.
Sonda "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Ramil Əliyev çıxış edərək HİK-nin yeni seçilmiş heyətini təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. O, çıxışına davam edərək bildirdi ki, Respublikamızda və dünyada baş verən radikal dəyişikliklər, işçilərin iqtisadi sosial, hüquqi, mənəvi mənafelərinin müdafiəsini ifadə edən və həyata keçirən Həmkarlar İttifaqı Komitəsi qarşısında vacib problemlərin həllinə yeni yanaşma tələb edən mühüm vəzifələr qoymuşdur. Baş direktor HİK-nin yeni seçilmiş heyətinin bu vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliyini bildirdi və daha da fəal olmalarını tövsiyə etdi.
Bununla da "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin 2-ci hesabat seçki konfransı öz işini başa çatdırdı.

 
 

 

tarix : 23.05.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.