ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də 28 may Respublika Günü münasibətilə tədbir keçirilmişdir

Mayın 25-də QSC-nin baş istehsalat sahələrində Respublika gününün 94-cü ildönümü münasibətilə tədbirlər keçirilmişdir. Tədbirlərdə çıxış edən İctimai sosial şöbənin rəisi, YAP “Ekol” ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev tədbir iştirakçılarını Respublika Günü münasibətilə təbrik edərək, Azərbaycanın şərəfli istiqlal yolu haqqında geniş məlumat verdi.

Fəxrəddin Quliyev qeyd etdi ki, xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan, onun parlaq və şərəfli səhifəsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 94 il ötür. Müstəqilliyimizi bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir. 28 may 1918-ci ildə Şərqdə ilk dəfə olaraq, çox çətin və mürəkkəb tarixi bir şəraitdə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi. İlk milli hökumətin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynadı. Xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirdi. Buna görə müstəqillik hissləri azərbaycanlıları sonrakı dövrdə heç zaman tərk etmədi, azadlıq ideyaları şüurlara hakim kəsildi.
YAP “Ekol” ilk ərazi təşkilatının sədri xüsusilə vurğuladı ki, 1969-cu ildə Heydər Əliyevin rəhbərliyə gəlişindən sonra ölkədə hər şey dəyişdi. Ulu öndərin ölkəmizə rəhbərliyə başlamasından sonra tezliklə Azərbaycanı və onun mədəniyyətini bütün dünyada daha yaxından tanımağa başladılar. 70 illik fasilədən sonra, 1991-ci ildə SSRİ-nin süqutu və xalqımızın milli azadlıq hərəkatı nəticəsində yaranmış əlverişli tarixi şəraitdə Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdi. Xalq Cümhuriyyətinin ideyalarını davam etdirərək bu tarixi varislik üzərində yeni Azərbaycan dövləti yaradıldı. Bu gün Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasəti nəticəsində Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi əldə etdiyi bütün uğurlar dövlət müstəqilliyimizin bəhrəsidir.
Tədbirlərdə Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov, Ekoloji monitorinq departamentinin rəis müavini Natella Şəfiyeva, Normativ –texniki sənədlərlə iş şöbəsinin rəisi Elxan Teymurov, Tullantıların emalı departamentinin sahə rəisinin müavinləri Afərim Həsənova, Roman Əliyev və başqaları çıxış etdilər. Natiqlər qeyd etdilər ki, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikası bütün sahələrdə böyük sürətlə inkişaf edir və regionun ən inkişaf etmiş dövlətlərindən birinə çevrilmişdir. Ölkə başçısı İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Respublikamız bundan sonra daha da inkişaf edəcək, ərazi bütövlüyümüz təmin olunacaq və bayrağımız dünyanın inkişaf etmiş dövlətlərinin bayraqları sırasında daim dalğalanacaqdır.





tarix : 25.05.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.