ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik xidmətləri” QSC-də ABŞ-nın “Sundance Services, İNC” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

Mayın 25-də QSC-nin baş ofisində ABŞ-nın “Sundance Services, İNC” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə “Sundance Services, İNC” şirkətinin prezidenti Muhamməd Hənif Mussaninin başçılıq etdiyi nümayəndə heyəti və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyi iştirak etmişlər.

Baş direktoru Ramil Əliyev qonaqları səmimi salamlayaraq onlara QSC-nin fəaliyyəti barədə qısa məlumat verdi. O bildirdi ki, rəhbərlik etdiyi şirkətin inkişaf etdirilməsi, xarici əlaqələrin genişləndirilməsi və yeni texnologiyaların istehsalata tətbiqi daimi diqqət mərkəzindədir. Odur ki, dünyanın inkişaf etmiş dövlətlərində fəaliyyət göstərən analoji şirkətlərlə əməkdaşlıq əlaqələrinin yaradılması QSC üçün çox maraqlıdır.
“Sundance Services, İNC” şirkətinin prezidenti Muhamməd Hənif Mussani səmimi qəbula görə QSC rəhbərliyinə öz minnətdarlığını bildirərək öz şirkətləri haqqında görüş iştirakçılarına geniş məlumat verdi. O qeyd etdi ki, “Sundance Services, İNC” şirkəti 1995-ci ildən ABŞ-da fəaliyyət göstərir. Şirkət əsasən məhsuldarlığı 10, 20 və 45 m3/saat olan neftlə çirklənmiş torpaqları təmizləyən, neftşlamı, qazma şlamını və turşulu qudronu emal edən qurğular istehsal etməklə məşğuldur. Şirkətin istehsal etdiyi qurğular bir çox dünya dövlətlərində uğurla istismar olunur. Bununla yanaşı şirkətimiz ABŞ-da böyük bir tullantı mərkəzində bütün növ neft tullantılarının emalı və təmizlənməsi sahəsində də xidmət göstərir. Hənif Mussani emal və təmizləmə proseslərinin prinsipləri və tətbiq olunan texnologiyalar haqqında QSC rəhbərliyini qısa məlumat verdi.
Sonra görüş qarşılıqlı dialoq əsasında davam etdi. Qonaqlar Azərbaycanın neft sənayesinin inkişaf perspektivləri, həyata keçirilən ekoloji layihələr barədə məlumatlandırıldılar. Əsas müzakirələr “Sundance Services, İNC” şirkətinin istehsal etdiyi qurğular ətrafında aparıldı. Müzakirələr zamanı emal qurğularının məhsuldarlığı, texniki şərtləri, iqtisadi səmərəliliyi və digər texniki məsələlərə aydınlıq gətirildi.
Görüşün sonunda qərara alındı ki, QSC nümayəndələrinin qurğularla yerindəcə yaxından tanış olmaları, qarşılıqlı əlaqələrin davam etdirilməsi məqsədəuyğundur və bu istiqamətdə gələcəkdə ikitərəfli səylər göstərilməlidir.


 

 

 
 

tarix : 29.05.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.