ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktorun Ramil Əliyev “Ekol” MFK-nın komanda heyəti ilə görüş keçirmişdir

Öz fiziki və taktiki hazırlığını günü-gündən artırmaqla, əvvəlki illərdə olduğu kimi 2011-2012-ci il mövsümündə də “Ekol” MFK layiqli qələbələrə imza ataraq, peşəkar komanda imicini qazandığını və növbəti ildə Azərbaycan Çempionu olmaq şansını bir daha sübut etdi. 2012-ci ildə həm Azərbaycan Çempionatı, həm də Azərbaycan Kuboku yarışlarında yaddaqalan oyunlar nümayiş etdirən komandamız, kubokun sahibi çempionatın isə üçüncüsü olmaqla qələbələrlə dolu tarixinə yeni imza atdı.

 Bu münasibətlə mayın 30-da “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktorun Ramil Əliyevin komanda heyəti ilə görüşü olmuşdur. Ramil Əliyev ilk növbədə komanda heyətini qələbə münasibətilə təbrik etmiş, növbəti ildə onlara Azərbaycan Çempionu titulunu qazanmalarını arzulamışdır. Baş direktor çıxışına davam edərək bildirmişdir ki, QSC-nin uğurlu ekoloji layihələr həyata keçirdiyi və əldə etdiyi nailiyyətlər fonunda komandamızın qələbələri də təbiidir. Bununla yanaşı “Ekol” MFK onlar üçün yaradılmış şəraitdən daha da səmərəli istifadə etməli, öz fiziki-taktiki hazırlıqlarını daha da artırmalı və növbəti ildə təkcə respublikamızda deyil, beynəlxalq yarışlarda da daha yüksək qələbələrə nail olmalıdır. Ümidvaram ki, komandamız bütün potensialından istifadə edərək qarşıya qoyulmuş məqsədə çatacaqdır.
Görüşdə çıxış edən QSC-nin baş direktorunun müavinləri Məzahir Hüseynov, İsrafil Əliyev, Rəşad İsmayılov və İctimai sosial şöbənin Fəxrəddin Quliyev qələbə münasibətilə komanda üzvlərini təbrik etmiş, onlara daha böyük uğurlar arzulamışlar.
“Ekol” MFK-nın rəhbəri Məzahir İskəndərov onlar üçün yüksək səviyyədə göstərilən diqqət və qayğıya görə QSC-nin baş direktoru Ramil Əliyevə komanda heyəti adından minnətdarlığını bildirmiş və onu əmin etmişdir ki, “Ekol” komandası bundan sonra da yalnız qələbə əzmi ilə mübarizə aparacaq QSC-nin imicini şərəflə qoruyacaqdır.
Sonda QSC rəhbərliyi ilə komanda heyəti xatirə şəkili çəkdirmiş, komanda üzvlərinin hər biri pulla mükafatlandırılmışlar.
 

 

 
 

tarix : 30.05.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.