ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də Almaniyanın “BAMAG” şirkətini nümayəndəsi ilə görüş keçirilmişdir

İyunun 4-də QSC-nin rəhbərliyi ilə tullantı sularının təmizlənməsi sahəsində xüsusi reytinqi olan Almaniyanın “BAMAG” şirkətinin nümayəndəsi ilə görüş keçirilmişdir. Görüş də tərəflər öz şirkətlərinin fəaliyyəti, texniki imkanları və həyata keçirdikləri layihələr haqqında məlumat vermiş, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.

Baş direktor Ramil Əliyev QSC-nin əsas fəaliyyət sahələrindən olan sənaye-çirkab sularının təmizlənməsi sahəsində mövcud problemlərin aradan qaldırılması və bu sahədə “BAMAG” şirkətinin təcrübəsindən yararlanmaq baxımından bu görüşə böyük önəm verdiyini qeyd etdi.
“BAMAG” şirkətinin baş meneceri Thomas Winckler səmimi qəbula və təmsil etdiyi şirkətə göstərdikləri diqqətə görə QSC rəhbərliyinə öz dərin təşəkkürünü bildirdi. O qeyd etdi ki, QSC- də iki il bundan öncə də olmuşdur və bu şirkətin prioritet fəaliyyəti və sənaye-çirkab sularının təmizlənməsi sahəsində mövcud olan problemlərlə tanışdır. Odur ki, bu görüşə də konkret təkliflərlə gəlmişdir. Thomas Winckler sənaye-çirkab sularının təmizlənməsi, xüsusilə sərbəst neftin sudan ayrılması texnologiyaları barədə təkliflərini görüş iştirakçılarına təqdim etdi. Təkliflər ətrafında geniş müzakirələr aparıldı. Qərara alındı ki, hər iki tərəfinin mütəxəssislərinin iştirakı ilə müzakirələr davam etdirilsin və son nəticəyə görə yekun qərar qəbul edilsin.
Bununla yanaşı “BAMAG” şirkətinin baş meneceri Thomas Winckler “Ekol Mühəndislik Xidmətləri” QSC-nin artıq özün təsdiq etmiş bir şirkət kimi tanındığına diqqət çəkərək, “BAMAG” şirkətinin QSC ilə daha yaxından əməkdaşlıq etmək niyyətində olduğunu qeyd etdi. QSC-nin baş direktoru Ramil Əliyev bu təklifin məqsədyönlü olduğunu və bu istiqamətdə qarşılıqlı səylərin artırılmasını bildirdi.
Görüş qarşılıqlı dialoq, səmimi və gərgin müzakirələr şəraitində başa çatdı.

 

 

 
 

tarix : 04.06.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.