ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC 19-cu Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edir

İyunun 5-də start verilmiş 19-cu Beynəlxalq Xəzər Neft və Qaz sərgisi dünyanın neft sənayesi liderlərini Bakı EKSPO Mərkəzində yenidən bir araya gətirdi. Bu sərgi indiyədək keçirilən sərgilərdən ən böyüyü olmaqla, dünyanın 35 ölkəsindən 300 -dən çox şirkət qatılmışdır.
Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, Mehriban Əliyeva, nazirlər, Komitə sədrləri, ARDNŞ-nin rəhbərliyi, xarici səfirliklərin, şirkətlərin nümayəndələri, iri neft sənaye müəssisələrinin, idarələrin və təşkilatların rəhbərləri iştirak etmişlər.

Ölkə başçısı mərasimdə çıxış edərək sərgi iştirakçılarını təbrik etmiş, bu sərginin ölkələr və şirkətlər arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasında böyük əhəmiyyət kəsb etdiyini xüsusilə vurğulamışdır. Respublika Prezidenti İlham Əliyev neft və qaz sənayesi sahələrində Respublikamızda, eləcə də dünyada baş verən müsbət dəyişikliklər, perspektiv planlar barədə geniş məruzə etmiş və sonda sərgi iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Yüksək səviyyədə təşkil olunmuş sərgidə müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər və eləcə də dövlət müəssisələri arasında tanışlıq, eləcə də əməkdaşlıq münasibətlərinin qurulması üçün geniş bir şərait yaradılmışdır.
“Ekol Mühəndislik Xidmətləri” QSC də sərgi iştirakçılarında maraq doğuran stendi ilə 19-cu Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edir. QSC-nin fəaliyyət sahələrini və həyata keçirdiyi ekoloji layihələri əks etdirən elektron məlumatlar və əyani vasitələr iştirakçılar tərəfindən maraqla izlənilir.
19-cu Beynəlxalq Xəzər Neft və Qaz sərgisi iyunun 8-nə qədər davam edəcəkdir.

 

 
 
 
 

 
 

tarix : 05.06.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.