ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC – də 5 iyun – “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir

XX əsrdə planetimizdə ekoloji problemlər kəskin olaraq artmağa başlamış və qlobal bir səviyyəyə gəlib çatmışdır. Belə bir şəraitdə əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi həlli vacib bir məsələyə çevrilmişdir. Bununla əlaqədar olaraq, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 05 iyun tarixdə Stokholm şəhərində keçirilən iclasında da ətraf mühit məsələləri diqqət mərkəzində olmuş və problemin aktuallığı nəzərə alınaraq 05 iyun - «Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü» kimi qeyd olunmasına qərar verilmişdir. Növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanmışdır.

5 iyun - “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” ilə bağlı hər il Respublikamızın müəssisə və təşkilatında iməciliklər, ağacəkmə aksiyaları, abadlıq işləri və digər ekoloji maarifləndirmə tədbirləri keçirilir, əhalinin diqqəti bu həyati əhəmiyyətli problemlərə cəlb edilir.
“Ekol Mühəndislik Xidmətləri” QSC-də bu tarixi günlə əlaqədar, hər il olduğu kimi bu il də bir sıra tədbirlər həyata keçirmişdir. İlk növbədə QSC-nin bütün istehsalat sahələrində 5 iyun – “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü”nə həsr olunmuş iməciliklər təşkil edilmiş, sahələrdə xeyli təmizlik və abadlıq işləri yerinə yetirilmiş, yaşıllıqlara qulluq göstərilmişdir. Keçirilən tədbirlər eyni zamanda əmək kollektivlərinin və ətrafda yaşayan sakinlərin diqqətini ekoloji problemlərə yönəldilməsi məqsədini daşımışdır. Bu tədbirlərlə yanaşı QSC-də “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü”nə həsr olunmuş toplantı keçirilmişdir.
Toplantıda baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, baş direktorun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov və başqaları çıxış edərək, bütün bəşəriyyəti narahat edən ən aktual ekoloji problemlərdən və bu istiqamətdə görülən işlərdən danışmışlar. Qeyd olunmuşdur ki, ətraf mühitin mühafizəsi istiqamətində atılan hər bir addımın planetimizin ümumi ekoloji vəziyyətinin yaxşılaşdırılmasına və gələcək nəslin ekoloji böhrandan xilas olunmasına xidmət edir.
Çıxışlarda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin ümumi fəaliyyətinin ekoloji yönümlü olması və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirdiyi prioritet ekoloji layihələr bir daha toplantı iştirakçılarının diqqətinə çatdırılmışdır. Bildirilmişdir ki, bu sahədə görülən işlərlə yanaşı, əhali və xüsusən gənclər arasında ekoloji maarifləndirmə işlərinin aparılması da ən başlıca məsələlərdəndir və bu bizim hər birimizin vətəndaşlıq borcumuzdur.

 

 
 

tarix : 05.06.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.