ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də yeni sertifkatların təqdimat mərasimi keçirilmişdir

Davamlı inkişafda olan və fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində qurulmasını prioritet hədəflərindən seçmiş “Ekol Mühəndislik Xidmətləri” QSC 2012-ci ildə Türk Standartları İnstitutunun (TSE) Keyfiyyət (İSO-9001) və OHSAS (İSO-18001) Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemləri üzrə sertifakatlara layiq görülmüşdür. Bu qərar cari ilin aprel ayında TSE-nin auditorlarının QSC-də keçirdiyi auditin nəticələrinə uyğun olaraq qəbul edilmişdir.

Bununla əlaqədar olaraq, bu gün QSC-nin baş ofisində sertifikatların təqdimat mərasimi keşirilmişdir. Mərasimdə TSE-nin Azərbaycan təmsilçisi Hasan Demirtaş, auditorlar Xatirə Salahova, Namiq Həsənov, QSC-nin rəhbərliyi və kollektivin nümayəndələri iştirak etmişlər.

Mərasimi giriş sözü ilə açan baş direktor Ramil Əliyev ilk öncə TSE nümayəndələrini slamlayaraq, onlara bu mərasimdə iştirak etdikrinə görə öz təşəkkürünü bildirdi. Baş direktor QSC-nin öz fəaliyyətində beynəlxalq təcrübələrdən yararlanmağa və inkşaf etmiş analoji şirkətlərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə böyük önəm verldiyini qeyd etdi. Ramil Əliyev bildirdi ki,QSC-nin İSO-14001, İSO-9001 və İSO-18001 İdarəetmə Sistemlərinin qəbul etməsi və sertifikatlara layiq görülməsi də TSE ilə qarşılıqlı əməkdaşlığın və onların yaxından göstərdiyi dəstəyin nəticəsidir. Bütün bunlara görə TSE-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarıq və bu əməkdaçlığın davamlı olacağına əminliyimizi bildririk.

Sertifikatları və TSE-nin bayraqlarını QSC-nin baş direktoru Ramil Əliyevə təqdim edən Hasan Demirtaş bundan qurur duyduğunu mərasim iştirakçılarının diqqətinə çatdırdı. O qeyd etdi ki, mən ötən görüşlərimizdə də qeyd etdiyim kmi Azərbaycanda beynəlxalq standartların tələblərinə əməl olunması sahəsində “Ekol Mühəndislik Xidmətləri” QSC nümunəvi şirkətlərdən bridir. İnanıram ki, şirkətiniz bundan sonra daha da inkişaf edəcək və digər beynəlxalq standartların sertifikatlarına da layiq görüləcəkdir. Bu sahədə sizinlə hər zaman əməkdaşlıq etməyə və dəstək olmağa hazırıq.

QSC-nin baş direktoru sertifikatların alınması münasibətilə QSC-nin bütün kollektivni təbrik etdi və onlara yeni standartların tələbləri səviyyəsində fəaliyyətlərndə uğurlar dilədi.
 
 
 

 

tarix : 07.06.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.