İyunun 09-da “Ekol Mühəndislik Xidmətləri” QSC-də növbəti iməcilik keçirilmişdir. İməcilik QSC-nin bütün istehsalat sahələrini və layihə ərazilərini əhatə etmişdir.
Yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə, ilk növbədə mexaniki təmizləyici qurğuların ətrafındakı sahələr alaq otlarından təmizlənmiş və zibil tullantıları sahələrdən kənarlaşdırılmışdır. İməcilikdə istehsalat sahələrindəki yaşıllıqlara mövsümü qulluq göstərilmiş, ərazilərdə təmizlik və abadlıq işləri görülmüşdür.
tarix : 11.06.2012
|