ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də Əməyin Mühafizəsi Kabinetinin açılışı olmuşdur

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyətinin bütün dövrlərində insan faktoru, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunması ən önəmli məsələlərdən biri olmuş və hazırda da bu işlər diqqət mərkəzindədir. Öz fəaliyyətini beynəlxalq standartlar səviyyəsində quran QSC işçilərin iş şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələlərini mövcud normativ-hüquqi aktlara və İSO-18001 (OHSAS) İdarəetmə Sistemlərinin tələblərinə uyğun olaraq həyata keçirir. Məhz bunun nəticəsidir ki, QSC-nin 6 illik fəaliyyəti dövründə istehsalatda heç bir bədbəxt hadisə və qəza halları baş verməmişdir.

Bu sahədə görülən tədbirlərin məntiqi davamı olaraq, QSC-də Əməyin Mühafizəsi Kabinetinin yaradılması da gündəmdə olan aktual məsələlərdən biri idi. Bununla əlaqədar, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, normativ-hüquqi aktlarına və İSO-18001 (OHSAS) İdarəetmə Sisteminin tələblərinə uyğun olaraq, QSC rəhbərliyinin Həmkarlar Təşkilatının müvafiq qərarı ilə cari ilin II rübündə QSC-də müasir tipli Əməyin Mühafizəsi Kabineti yaradılmış və Əsasnaməsi təsdiq olunmuşdur. Əsasnaməyə görə Kabinet tədris məşğələsi kabineti ilə (texniki kabinet) birgə yaradılmış, “inzibati və məişət binaları”na uyğun olaraq təchiz edilmişdir. Kabinetin təşkili zamanı normativ-hüquqi tələblərlə yanaşı müasirliyin və əyaniliyin təmin olunmasına xüsusi diqqət yetirilmişdir.

İyunun 11-də QSC-də Əməyin Mühafizəsi Kabinetinin açılışı olmuşdir. Açılış mərasimində Azərbaycan Respublikası FHN-nin, Heydər Əliyev adına BNEZ-nun, “Azərneftyağ” NEZ-nun nümayəndələri və QSC-nin rəhbərliyi iştirask etrmişlər. Mərasimi giriş sözü ilə açan QSC-nin baş direktoru Ramil Əliyev ilk öncə tədbir iştirakçılarını salamlamış, Kabinetin açılışı münasibətilə onları təbrik etmiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Baş direktor Əməyin Mühafizəsi Kabinetinin yaranması zərurətindən və əhəmiyyətindən danışmış, əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələlərinin QSC-də daimi diqqət mərkəzində saxlanıldığını xüsusilə vurğulamışdır.

Mərasimdə digər çıxış edənlər Kabinetin beynəlxaılq standartlar səviyyəsaində təşkil olunduğunu qeyd edərək əmin olduqlarını bildirmişlər ki, Əməyin Mühafizəsi Kabineti QSC-nin bütün sahələrinə əhatə edilməklə, təsdiq olunmuş proqram əsasında yüksək səviyyədə fəaliyyət göstərəcəkdir. Natiqlər QSC-də əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına beynəlxalq standartların tələblərinə uyğun əməl edilməsində, bu sahədə qarşıya qoyulmuş məqsədlərə nail olunmasında QSC-nin Texniki təhlükəsizlik şöbəsinə uğurlar diləmişlər.
 
 
 

 
 

tarix : 12.06.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.