ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də İtaliyanım “MARCAB CONSULTİNG” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

ARDNŞ-nin fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılsaşdırılması istiqamətində davamlı olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində NQÇİ-nin mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsini, eləcə də neftşlamın və qazma şlamınin müasir texnologiyalarla emal edilməsi ən önəmli məsələlərdən biridir. Bu tədbirlərin həyata keçirilməsinmdə fəal iştirak edən “Ekol Mühəndislik Xidmətləri” QSC-də yeni texnika və texnologiyaların əldə olunması məqsədilə, vaxtaşırı olaraq dünyanın inkişaf etmiş öljkələrində fəaliyyət göstərən analoji şirkətlərlə görüşlər keçirilir və əməkdaşlıq əlaqələri yaradılır.

 Növbəti belə görüşlərdən biri də iyunun 12-də, QSC-nin baş ofisində İtaliyanın “MARCAB CONSULTİNG” şirkətinin nümayəndələri ilə olmuş və bu şirkətin “Termo Dezorpsiya” qurğusunun prezentasiyası keçirilmişdir. Görüşdə ARDNŞ-nin və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbər işçiləri, mütəxəssisləri, həmçinin “MARCAB CONSULTİNG”, “Eco.Fiy” şirkətlərinin və “SOLİDUS” MMC-nin nümayəndələri iştirak etmişlər.

Görüşü giriş sözü ilə açan QSC-nin baş direktoru Ramil Əliyev qonaqları salamlayaraq onları iştirakçılara təqdim etdi və görüşün məqsədi barədə qısa məlumat verdi. Sonra söz qonaqlara verildi.

“MARCAB CONSULTİNG” şirkətinin prezidenti Karlo Giomini səmimi qəbula görə QSC rəhbərliyinə öz təşəkkürünü bildirərək, rəhbərlik etdiyi şirkətin fəaliyyəti, texniki imkanları və xarici əlaqələri barədə görüş iştirakçılarını məlumatlandırdı. Sonra bu şirkətin istehsalı olan “Termo Dezorpsiya” qurğusunun prezentasiyası keçirildi. Prezentasiya zamanı neftlə çirklənmiş torpaqların termik üsulla təmizlənməsi qurğusunun məhsuldarlığı, iş prinsipi, texniki göstəriciləri, iqtisadi səmərəliliyi və digər göstəriciləri haqqında geniş məlumat verildi və animasiya filmi göstərildi.

Prezentasiyadan sonra görüş iştirakçıları qurğu ətrafında geniş müzakirələr apardılar və qarşılıqlı dialoq əsasında bir sıra məsələlərə aydınlıq gətirildi. Qeyd olundu ki, təmizlənəcək məhsuldan asılı olaraq qurğuda əlavə dəyişikliklər etməyə ehtiyac vardır. Odur ki, QSC-nin həyata keçirdiyi ekoloji layihə sahələrindən torpaq və şlam nümunələrinin götürülərək, aparılmış analizlərin nəticələrinə uyğun seçim etmək məqsədəuyğundur.

Görüşün sonunda qərara alındı ki, “MARCAB CONSULTİNG” şirkətinin nümayəndələri QSC-nin mütəxəssisləri ilə birlikdə layihə ərazilərindən nümunələr götürərək təhlil etdikdən sonra öz konkret təkliflərini versinlər.

Görüş hərtərəfli müzakirələr və qarşılıqlı anlaşma şəraitində başa çatmışdır.

 
 

 
 

tarix : 13.06.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.