ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilmişdir

İyunun 14-də Ekol Mühəndislik Xidmətləri”QSC-də Azərbaycan Xalqının Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə QSC-nin baş direktoru Ramil Əliyev milli tariximizin şanlı səhifələrindən olan bu gün haqqında geniş çıxış etmişdir.

Ramil Əliyev qeyd etmişdir ki,  tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan ulu öndər Heydər Əliyevdir.

Həmin dövrdə  AXC-Müsavat iqtidarı uzun müddət öz yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırmış, vətəndaş müharibəsi üçün zəmin yaranmışdır. Azərbaycan xalqı belə bir çətin şəraitdə milləti bu bəladan qurtarmaq üçün Heydər Əliyevi Respublika rtəhbərliyinə qayıtmağı təkidlə tələb etdi. Başlanmış bu təhlükəli proseslərin qarşısını ala bilməyəcəyini dərk edən iqtidar da son anda kömək üçün Heydər Əliyevə müraciət etdi.

Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət, həyatını təhlükə altında qoyaraq vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı.

 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi və hər il bu bayrama təntənə ilə qeyd olunur.

Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq, bu gün respublikamız müstəqillik yolunda mətin addımlarla irəliləyir və qazandığı uğurlarla qüdrətli, aparıcı bir dövlətə çevrilir.

Tədbirdə çıxış edənlər, baş direktorun müavini Rəşad İsmayılov, baş direktorun məsləhətçisi Kamil Akimov, YAP “Ekol” ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev, Ekoloji monitorinq departamentinin rəisi Şahabiddin Albuşov və başqaları Milli Qurtuluş Gününün şanlı tarixindən və Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışlar. Qeyd olunmuşdur ki, ulu öndərin xalqımızın qarşısında ən böyük xidməti, kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etmək, Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtarmaq idi. Bu isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır.

Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”. Bu gün bu siyasət ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən çox uğurla davam etdirilir və Azərbaycan dünyanın inkişsf etmiş ölkələri sərasına daxildir.

Tədbirin sonunda QSC-nin bir qrup işçisinə YAP-nın üzvlük vəsiqəsi təqdim olunmuşdur.

 

 
 

tarix : 14.06.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.