ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Latviyanın “ExTerVit” biotechnology Ltd şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

İyunun 18-də “Ekol Mühəndislik Xidmətləri”QSC-nin baş ofisində Latviyanın “ExTerVit” biotechnology Ltd şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə QSC-nin baş direktorunun SƏTƏM üzrə müavini Rəşad İsmayılov və digər rəhbər işçilər, eləcə də “ExTerVit” biotechnology Ltd-nin nümayəndələri Ieva Sakare, Aleksandrs Ratnieks iştirak etmişlər.

Rəşad İsmayılov qonaqları salamlayaraq QSC-nin fəaliyyəti haqqında məlumat vermiş və görüş iştirakçılarını onlara təqdim etmişdir. Qeyd olunmuşdur ki, yararsız torpaqların münbitləşdirilməsi və yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi QSC-nin əsas fəaliyyət sahələrindən biridir. Buna görə də bu görüş səmərəli təkliflər əsasında əməkdaşlıq əlaqələrinin qurulması baxımından xüsusilə maraqlıdır.

Latviyanın “ExTerVit” biotechnology Ltd-nin xarici təmsilçiləri Ieva Sakare və Aleksandrs Ratnieks öz şirkətləri haqqında məlumat verərək bildirmişlər ki, təmsil etdikləri şirkət əsasən torpaqların bioloji aktivliyinin artırılması üçün sapropel məhsulunun istehsalı ilə məşğuldur. Latviyalı qonaqlar torpaqların bioloji bərpası üçün istehsal etdikləri “Wealt Earth” (Sapropel) məhsulu haqqında prezentasiyasını görüş iştirakçılarına təqdim etmişlər. Onlar bu məhsulun xüsusiyyətləri, kimyəvi tərkibi, istifadə qaydaları və səmərəsi barədə ətraflı məlumat vermişlər. Sonra tərəflər arasında bu məhsulun Azərbaycan şəraitində istifadəsinin optimal variantları və digər texniki məsələlər ətrafında geniş müzakirələr aparılmışdır.

Görüşün sonunda qərara alınmışdır ki, QSC-nin ayrı-ayrı layihə sahələrindən müxtəlif torpaq nümunələri götürülərək qonaqlara təqdim olunsun. “ExTerVit” biotechnology Ltd-nin şirkətinin apardıqları tədqiqatların nəticəsinə uyğun olaraq konkret təkliflər hazırlanaraq sonrakı görüşdə müzakirəyə çıxarılsın.
 

 

 
 

tarix : 19.06.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.