ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

”Ekol Mühəndislik Xidmətləri” QSC-də çalışan fəhlə və sürücülərin texniki-təhlükəsizlik sahəsində biliklərinin yoxlanılması məqsədilə imtahan keçirilir

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyətində əmək şəraitinin təhlükəsizlik normalarına uyğunlaşdırılması, istehsalat zədələnmələrinin qarşısının alınması və texniki-təhlükəsizlik qaydalarına riayət olunması əsas şərtlərdən biridir. Bununla əlaqədar olaraq, istehsalat sahələrində əməyin mühafizəsi, texniki-təhlükəsizliyin tələblərinə əməl olunması, istehsalat sanitariya normalarına uyğun olaraq işçilərin sanitar məişət otaqları, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmələri daimi diqqət mərkəzindədir.

Bu sahədə işçilərin bilik səviyyələrinin artırılması istiqamətində də xüsusi tədbirlər həyata keçirilir, dövrü olaraq təhlükəsizlik texnikası təlimatlarına uyğun işçilərin bilik səviyyələri yoxlanılır, əlavə təlimatlandırma və maarifləndirmə tədbirləri görülür.

İyunun 18-dən istehsalat sahələri üzrə QSC-də çalışan fəhlə və sürücülərin texniki təhlükəsizlik sahəsində biliklərinin yoxlanılması məqsədilə imtahanların keçirilməsinə başlanmışdır. Keçirilən imtahanların nəticələri fəhlə və sürücülərin texniki təhlükəsizlik qaydalarını, bu sahədə olan təlimatları və İSO–18001 (OHSAS) standartlarının tələblərini dərindən mənimsədiklərini bir daha təsdiq edir.

 İmtahanlar QSC-nin bütün istehsalat sahələri əhatə olunmaqla davam edir.
 

 
 

tarix : 20.06.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.