ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Yay mövsümində yaşıllıqların mühafizəsi üçün müvafiq tədbirlər həyata keçirilir

Yay mövsümində yaşıllıqlara aqrotexniki xidmətlərin göstərilməsi, bitkilərin və xəstəliklərdən mühafizə edilməsi xüsusi qayğı və diqqət tələb edir. Bu məqsədlə, “Ekol Mühəndislik Xidmətləri” QSC “Sifarişçi” təşkilatların layihə ərazilərində xidmət göstərdikləri yaşıllıqların aqrotexniki qaydada becərilməsi, bitkilərin normal inkişafı və mühafizəsi istiqamətində davamlı tədbirlər həyata keçirir. Bununla əlaqədar olaraq, QSC-nin Torpaqların rekultivasiyası departamenti (TRD) xidmət göstərtdiyi layihə ərazilərində xüsusi iş rejimində fəaliyyət göstərir.

Hazırda TRD-nin peşəkar aqronomları və bağbanları tərəfindən “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində 49 minə qədər, “Abşeronneft” NQÇİ-nin mədən ıərazisində 6 minə qədər, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində 12 mindən çox, ARDNŞ-nin Qaz Emalı Zavodunun sahəsində 9 mindən çox, QSC-nin Torpaqların rekultivasiyası departamentinin Zığ qəsəbəsindəki inzibati binasının ətrafında (A-4 sahəsi) isə 4 min 500 ədəd, ümumilikdə 80 min 400 ədəddən çox müxtəlif nov ağac və bəzək kollarına xidmət göstərilir. Hava şəraitinə uyğun olaraq ağacların su tələbatı təmin edilir, sahələr alaq otlarından təmizlənir, bitkilərin dibləri şumlanır və sahəlrə mövsümü üzvi gübrələr verilir. Yaşıllıq sahələrində həm aqrotexniki, həm də iqtisadı cəhətdən səmərəli olan mexasniki (damcı) suvarma sisteminin quraşdırılması da öz müsbət nəticələrini verməkdədir.

”Ekol Mühəndislik Xidmətləri” QSC ekoloji vəziyyətin yaxşılaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən yaşıllıqların mühafizəsi və mövsümü aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlərini davam etdirir.
 
 
 

 
 
 

tarix : 22.06.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.