ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də 26 iyun - “Azərbaycan Silahlı Qüvvələr Günü” ilə əlaqədar tədbir keçirilmişdir

Geostrateji mövqeyinə görə, böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycan Demokratik Respublikası yarandığı gündən, dövlətçiliyin əsas atributlarından sayılan nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atdı. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradıldı.

1991-ci ildə Azərbaycan növbəti dəfə müstəqillik əldə etdikdən sonra, oktyabrın 9-da Milli Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. 1998-ci il, 22 may tarixdə isə Prezident Heydər Əliyevin Sərəncamı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun “Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü” elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

“Ekol Mühəndislik Xidmətləri” QSC-də də hər il olduğu kimi, bu il də şanlı tarixi günə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə QSC-nin rəhbərliyi və kollektivin nümayəndələri iştirak etmişlər. Tədbirdə çıxış edənlər, QSC-nin baş direktorunun müavini-Texniki direktor Məzahir Hüseynov, İctimai sosial şöbənin rəisi, YAP “Ekol” ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev, Ekoloji monitorinq departamentinin rəisi Şahabiddin Albuşov və başqaları öncə iştirakçıları “Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü” münasibəti ilə təbrik etdilər və ölkəmizə sülh, əmin-amanlı günlər, xalqımıza qələbə sevinci arzuladılar.

Sonra natiqlər Silahlı Qüvvələrin tarixindən, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Respublika Prezidenti İlham Əliyev cənabları tərəfində uğurla davam etdirilən ordu quruculuğundan ətraflı danışdılar. Onlar ölkə rəhbərinin səyi nəticəsində Milli Ordumuzun gündən-günə güclənməsindən, bütün Qafqazda qüdrətli bir orduya çevrilməsindən qürur hissi keçirdiklərini bildirdilər və xalqımıza tezliklə Qarabağ torpağında qələbə sevincini yaşamağı arzuladılar. Qeyd olundu ki, lazımı məqamda rəşadətli ordumuz torpaqlarımızın işğaldan azad olunmasında öz sözünü deyəcəkdir.

Tədbirdə Qarabağ şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra ənənəvi olaraq “Ekol Mühəndislik Xidmətləri” QSC çalışan 15 nəfərə qədər Qarabağ veteranı və əllilərinə pul mükafatı təqdim olundu.

 
 

 
 
 
 

tarix : 25.06.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.