ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin nümayəndələri Hollandiyada xidməti ezamiyyətdə olmuşlar

“Ekol Mühəndislik Xidmətləri” QSC neftlə çirklənmiş torpaqların və sənaye-çirkab sularının təmizlənməsi, həmçinin şlamların emalı sahəsində müasir və məhsuldar qurğuların əldə olunması istiqamətində tədbirlərini davam etdirir. Bu məqsədlə dünyanın inkişaf etmiş dövlətlərində fəaliyyət göstərən analoji şirkətlərlə əlaqələr yaradılır və bu ölkələrə işgüzar səfərlər təşkil edilir.

Bu tədbirlər çərçivəsində QSC-nin baş direktorunun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov və baş direktorun köməkçisi Sabutay Əliyev iyunun 19-dan 21-dək Hollandiyanın Amsterdam şəhərində xidməti ezamiyyətdə olmuşlar. Ezamiyyə müddətində QSC nümayəndələri Hollandiyanın Delfizijh vilayətində yerləşən NORTH REFİNERY Neft Emalı Zavodunda olmuş, Termtech AS şirkətinin bu zavodda quraşdırdığı qazma şlamının mexaniki üsulla emal edən TCC-450 qurğusu ilə yaxından tanış olmuşlar. Qurğu ilə tanışlıq zamanı əməkdaşlarımız emal proseslərini əyani olaraq izləməklə yanaşı, qurğunun texniki parametrləri haqqında lazımı məlumatlar əldə etmiş və emaldan sonrakı məhsulun analizlərinin aparılmasında iştirak etmişlər.

Bununla yanaşı, QSC nümayəndələri NORTH REFİNERY Neft Emalı Zavodunun və Termtech AS şirkətinin mütəxəssisləri ilə görüşlər keçirmiş, TCC-450 qurğusunun iş prinsipi və texniki parametrləri ətrafında geniş müzakirələr aparmışlar.
 
    

  

tarix : 27.06.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.