ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də ABŞ-nın “ARGUS” şirkətinin nümayəndələri ilə növbəti görüş keçirilmişdir

İyunun 27-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində ABŞ-nın “ARGUS” şirkətinin nümayəndələri ilə növbəti görüş keçirilmişdir. Görüşdə ARDNŞ-nin Ekoloji Layihələrin İdarəedilməsi şöbəsinin, Ekologiya İdarəsinin və QSC-nin rəhbər işçiləri, mütəxəssisləri iştirak etmişlər.

QSC-nin baş direktorunun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov görüş iştirakçılarını salamlayaraq, onlara may ayının 7-də “ARGUS” şirkətinin nümayəndələri ilə keçirilən tanışlıq xarakterli ilk görüşü xatırlatdı. Məzahir Hüseynov bildirdi ki, neftşlamı termik üsulla emal edən qurğuların istehsalı sahəsində tanınmış bu şirkətlə xeyli vaxtdır ki, əlaqə yaradılmış və bir sıra texniki məsələlər ətrafında yazışmalar aparılmaqdadır. Ötən görüşdən sonra “ARGUS” şirkətinin istehsalı olan Termo Dezorpsiya qurğusunun texniki göstəriciləri hazırda QSC-nin mütəxəssisləri tərəfindən öyrənilir və araşdırmalar aparılır.

“ARGUS” şirkətinin vitse-prezident Dmitriy Kanevskiy Azərbaycanda, SOCAR nümayəndələri ilə yenidən görüşdüklərindən və işgüzar müzakirələr aparılacağından məmnunluq hissi keçirdiyini qeyd etdi. O bildirdi ki, birinci görüşdə təmsil etdiyi şirkətin istehsalı olan Termo Dezorpsiya qurğusu haqqında ümumi məlumat verilmiş və bir sıra texniki məsələlər tam təhlil edilməmişdir. Bu görüşdə isə bu qurğu haqqında daha geniş məlumat veriləcək və qurğunun prezentasiyası təqdim olunacaqdır.

Sonra “ARGUS” şirkətinin nümayəndələri Termo Dezorpsiya qurğusunun prezentasiyasını keçirmiş və qurğu haqqında müfəssəl məlumatlar verilmişdir. Görüş iştirakçıları tərəfindən prezentasiya ətrafında diskussiya xarakterli geniş müzakirələr aparılmış, bir çox texniki məsələlərə aydınlıq gətirilmişdir.

Sonda qərara alınmışdır ki, belə görüşlərin davam etdirilməsinə hələ ehtiyac vardır. Məqsədəuyğundur ki, bu qurğunun iş prinsipi, texniki parametrləri və şlamların xarakteristikaları hər iki tərəfin mütəxəssisləri tərəfindən dərindən araşdırılsın və son mərhələnin nəticələri yenidən müzakirəyə çıxarılsın.

Görüş qarşılıqlı anlaşma və işgüzar şəraitində başa çatmışdır.
 
 
  

 
 

tarix : 28.06.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.