ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC prioritet layihələrin icrasını yüksək templə davam etdirir

QSC ARDNŞ-nin fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlməklə yanaşı, bir sıra prioritet ekoloji layihələri də uğurla həyata keçirir. Hazırda Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və yeni müasir mərkəzin yaradılması istiqamətində həyata keçirilən, iri maliyyə tutumlu layihələrdən biri də Bakı “Ağ Şəhər” layihəsidir ki, QSC-də bu layihədə yaxından iştirak edir.

2010-cu ilin fevral ayından başlayaraq Bakı “Ağ Şəhər” layihəsinin, “Yaşıl ada” ərazisindəki köhnəlmiş neft sənaye obyektlərindən neftşlamın və neftlə çirklənmiş torpaqların çıxarılaraq şəhərin hüdudlarından kənara, xüsusi poliqona daşınması işləri QSC-nin Torpaqların rekultivasiyası departamenti tərəfindən fasiləsiz və təqvim planına uyğun olaraq icra edilir.

Cari ildə “Ekol Mühəndislik Xidmətləri QSC-nin yerinə yetirdiyi prioritet layihələrdən biri də, may ayından icrasına başladığı “Sabunçu rayonu ərazisində Bakı Olimpiya Stadionunun tikintisi ilə əlaqədar ayrılmış ərazidən fekal suların kənarlaşdırılması” layihəsidir. Bu layihə də QSC-nin Tullantıların emalı departamenti tərəfindən yüksək templə davam etdirilir.

QSC hər iki layihənin təqvim planına uyğun, yüksək keyfiyyətlə yerinə yetirilməsi və nəzərdə tutulmuş müddətdə başa çatdırılması məqsədilə bütün zəruri tədbirləri həyata keçirir.
 
  

 
 
 

tarix : 03.07.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.