ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrində zəruri təmir-tikinti və quraşdırma işləri həyata keçirilir

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrində şəraitinin yaxşılaşdırılması məqsədilə, 2012-ci ilin I-ci yarısında bir sıra əhəmiyyətli təmir-tikinti və yenidənqurma işləri həyata keçirilmişdir. Müvafiq dövr ərzində QSC-nin O.Vəliyev 1 ünvandakı inzibati binasının sanitar qovşağında və iş otaqlarında cari təmir işləri aparılmışdır. Tullantıların emalı departamentinin (TED) 6-cı sahəsindəki nasosxana binasında da zəruri təmir işləri yerinə yetirilmişdir. Nəqliyyat sexində tikintisinə 2011-ci ildə başlanmış qaraj kompleksində isə yeni yuyucu və texniki baxış kameraları tikilərək başa çatdırılmış və hazırda bu obyektdə son tamamlama işləri aparılır.

Cari ildə sənaye-çirkab sularının təmizlənməsi proseslərini daha da yaxşılaşdırmaq məqsədilə TED-nin 6-cı sahəsindəki mexaniki təmizləyici qurğular sistemində də əsaslı təmir və yenidənqurma işləri görülmüşdür. ARDNŞ rəhbərliyinin təşəbbüsü ilə QSC-nin istifadəsində olan çənlər parkındakı 4 ədəd 400 tonluq çənin 1000 tonluq çənlərlə əvəz edilməsi nəzərdə tutulmuşdur. Hazırda təmizləmə prosesində formalaşan neft məhsullarının yığılması üçün çənlər parkındakı bir ədəd 400 tonluq çən tutumu 1000 ton olan yeni bir çənlə əvəz edilmişdir. Həmin çəndə tamamlama işlərə başa çatdıqdan sonra QSC-nin istifadəsinə veriləcəkdir.

Ötən müddətdə görülən əhəmiyyətli işlərdən biri də mexaniki təmizləyici qurğular sisteminin I-ci çökdürücü gölündə olan çöküntülərin təmizlənməsidir. Artıq bu göldə uzun illər yığılıb qalmış 3.6 min tondan çox neftşlamın çıxarılaraq təkrar emala göndərilməsinə başlanmışdır. Bu gölün çöküntülərdən təmizlənməsi ətraf mühitin ekoloji vəziyyətini və suların təmizlənməsini xeyli dərəcədə yaxşılaşdıracaqdır.

İşçilərin iş şəraitinin yaxşılaşdırılması da daimi diqqət mərkəzindədir. Bu məqsədlə illərdir ki, QSC-nin O.Vəliyev 1 ünvanda yerləşən inzibati və məişət binalarındakı soyutma sistemində olan problemin aradan qaldırılmasına başlanmışdır. Bununla əlaqədar olaraq yeni mərkəzləşdirilmiş istilik-soyutma sisteminin quraşdırılmasına start verilmiş və bu istiqamətdə işlər yüksək templə davam etdirilir.

2012-ci müvafiq dövründə QSC-nin istehsalat sahələrində abadlaşdırma, təmir-tikinti, daxili yolların asfalt örtüyünün, bordürlərin dəyişdirilməsi və digər zəruri işlər yerinə yetirilmiş və bu tədbirlər davam etdirilməkdədir.

 
 

 
 
 
 

tarix : 04.07.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.