ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Azərbaycan Neft Emalı Sənayesinin korifeylərindən olan Kamil Akimovun anadan olmasının 85 illiyi münasibətilə geniş tədbir keçirilmişdir

İyulun 11-də Azərbaycanın Neft Emalı Sənayesinin korifeylərindən sayılan, ömrünün 60 ilindən çoxunu bu sahəyə həsr etmiş Kamil Əlisoltan oğlu Akimovun anadan olmasının 85 illiyi münasibətilə geniş tədbir keçirilmişdir. Tədbirdə Kamil Akimovun həmkarları, tanınmış dövlət və elm xadimləri, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyi və kollektivin nümayəndələri, eləcə də ailə üzvləri iştirak etmişlər.

Tədbirdə çıxış edənlər, fədakar insan, təcrübəli neft emalçısı, yüksək təşkilatçılıq bacarığı, xeyirxahlığı, sadəliyi və ziyalılığı ilə hər kəsə nümunə ola biləcək şərəfli bir ömür yaşamış Kamil Akimovun həyat və fəaliyyətindən fəxrlə danışmışlar. Onun, Neft Emalı Sənayesi Naziri işlədiyi illərdə bu sahəyə verdiyi tövhələr, xüsusilə 1970-1980-cı illərdə ulu öndər Heydər Əliyevin dəstəyi ilə NEZ-da həyata keçirdiyi yenidənqurma işləri natiqlər tərəfindən xüsusilə vurğulanmışdır.
Qeyd olunmuşdur ki, təcrübəli mütəxəssis, neft emalçısı, Kamil Akimov ayrı-ayrı illərdə neft-kimya sənayesinin hazırkı vəziyyəti və gələcək perspektivləri ilə əlaqədar bir çox xarici ölkələrdə: ABŞ, İngiltərə, Fransa, Yaponiya, Belçika, Bolqarıstan, Macarıstan, Polşa, İsrail, Türkiyə, İraq, Kuba və digər dövlətlərdə yaşamış, işləmiş, bir sıra beynəlxalq tədbirlərdə yaxından iştirak edərək Azərbaycan Respublikasını layiqincə təmsil etmişdir.
Həmin illərdə Kamil Akimovun əmək fəaliyyəti yüksək qiymətləndirilmiş o, “Oktyabr İnqilabı”, “Qırmızı əmək bayrağı”, “Şərəf Nişanı” ordenləri ilə və Azərbaycan Respublikası Ali Sovetinin fəxri fərmanı ilə təltif edilmiş, 2 çağırış Ali Sovetin deputatı seçilmişdir.
Hazırda ARDNŞ “Ekol Mühəndislik Xidmətləri” QSC-də baş direktorun məsləhətçisi kimi məsul bir vəzifədə çalışan bu təcrübəli, müdrik insanın arzu və istəyinin əsasını vətənə layiqli xidmət etmək amalı təşkil edir. O, bu gün də ən çətin məsələnin həllində, ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində öz bilik və təcrübəsini gənclərə həvəslə öyrədir.
“Ekol Mühəndislik Xidmətləri“ QSC-nin rəhbərliyi və kollektivi adından Kamil müəllimə can sağlığı, uzun ömür və yorulmaz fəaliyyətində uğurlar arzulayırıq. Yolunuz açıq, həyat sarayınızın 86-cı mənzilinə basdığınız qədəminiz uğurlu olsun Kamil müəllim.

   

 
 
 
 

tarix : 11.07.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.