ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Kompleks Tədqiqatlar Laboratoriyası 2012-ci ilin birinci yarısında üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmişdir

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekoloji Monitorinq Departamentinin Milli Sertifikatlaşma Sistemində Akkreditasiyadan keçmiş Kompleks Tədqiqatlar Laboratoriyası (KTL) əvvəlki illərdə olduğu kimi, 2012-ci ilin birinci yarısında da ətraf mühitin vəziyyətinin tədqiq edilməsini və QSC-nin fəaliyyət sahələrində analitik nəzarət işlərini layiqincə yerinə yetirmişdir.

Cari ilin müvafiq dövründə QSC-nin istehsalat sahələrində istismarda olan dekantor və trikantor qurğularının səmərəliliyinin və optimal rejimdə işləməsinin müəyyən edilməsi məqsədilə, KTL tərəfindən mütəmadi olaraq qurğuların giriş və çıxışından götürülmüş nümunələr üzərində laborator təhlillər aparılmış və müvafiq təkliflər verilmişdir.

Hesabat dövründə QSC-nin “Sifarişçi” təşkilatlarından olan “Suraxanı Oyl Operation Kompany S.A” şirkətinin ərazisində formalaşan mədən sularından və neftlə çirklənmiş torpaqlardan, eləcə də “Azneft” İB-nin “Neft daşları”, “Abşeronneft”, “28 May” və N.Nərimanov adına neftqazçıxarma idarələrinin ərazilərində formalaşan axıntı sularından götürülmüş nümunələrin fiziki-kimyəvi və kimyəvi analizləri aparılmış, müvafiq hesabatlar hazırlanmışdır. Hazırda bu işlər davam etdirilir.

2012-ci ilin birinci yarısında KTL neftlə çirklənmiş torpaqların təmizlənməsi, neftşlam və qazma şlamının emalı sahəsində yeni üsulların axtarılması istiqamətində tədqiqatlarını davam etdirmiş, yerli və xarici şirkətlərin təqdim etdiyi müxtəlif bioloji və kimyəvi preparatlar üzərində sınaq təcrübələri keçirmişdir. Əldə olunmuş müsbət nəticələr istehsalata tətbiq olunmuşdur. Cari ilin may və iyun aylarında KTL-da Neft Kimya Prosesləri İnstitutunun (NKPİ) əməkdaşları ilə birgə sənaye-axıntı sularının emulsiyalanmış neft məhsullarından təmizlənməsi üçün müxtəlif reagentlərlə bir neçə qatılıqda laborator sınaq təhlilləri aparılmış və optimal qatılıqlar seçilmişdir. Bu istiqamətdə işlər davam etdirilir.

Cari ilin 6 ayı ərzində KTL-nın maddi texniki bazasının gücləndirilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilmiş, Laboratoriya yeni cihaz və avadanlıqlarla təchiz edilmişdir. KTL-da çalışan işçilərin iş şəraitinin yaxşılaşdırılması məqsədilə, hazırda Laboratoriyada rekonstruksiya və təmir işləri yerinə yetirilir.

 

 

 
 
 
 

tarix : 20.07.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.