ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC “Azərneftyağ” NEZ-da ekoloji vəziyyətin yaxşılaşdırılmasında fəal iştirak edir

“Azərneftyağ” NEZ-nun da yerləşdiyi, Bakının vaxtilə Qara Şəhər adlanan hissəsi öz simasını kökündən dəyişərək günü-gündən paytaxtımızın ən abad guşələrindən birinə çevrilməkdədir. Təqdirəlayiq haldır ki, paytaxtın bu hissəsinin abadlaşdırılması, geniş miqyaslı yaşıllıqların salınması, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın təmin edilməsi sahəsində “Azərneftyağ” Neft Emalı zavodunun kollektivi də öz böyük tövhəsini vermişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının göstərişlərinə uyğun olaraq, ötən hər ili “Ekologiya ili” kimi qəbul edən neftayıranlar ətraf mühitin mühafizəsi sahəsində uğurlarını ilbəil artırırlar. Vaxtilə mazutla çirklənmiş, bataqlığa, zibilliyə çevrilmiş “Azərneftyağ” NEZ-nun ərazisi abadlaşdırılaraq yaşıllıqlara bürünmüşdür.

Bu tədbirlərin həyata keçirilməsində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların emalı departamentinin (TED) 7-ci sahəsinin kollektivinin əməyi də xüsusilə qeyd olunmalıdır. NEZ-nun ərazisində əsas çirklənmə mənbəyi olan, uzun illər yığılıb qalmış, eləcə də texnoloji proseslər nəticəsində formalaşan neftşlamın emal edilərək zərərsizləşdirilməsi, sənaye-çirkab sularının təmizlənməsi və neft məhsulları ilə çirklənmiş süni gölməçələrin qurudulması məhz TED-nin 7-ci sahəsinin kollektivinin fədakar əməyinin nəticəsidir.

Qeyd etmək lazımdı ki, TED-nin 7-ci sahəsi il ərzində texnoloji proseslər zamanı “Azərneftyağ” NEZ-nun ərazisində formalaşan 11 milyon m3-ə qədər sənaye çirkab sularını təmizləyir və 10 min tondan çox neftşlamı emal edərək zərərsizləşdirir ki, bu da zavod ərazisinin ümumi ekoloji vəziyyətinə öz müsbət təsirini göstərir.

Bununla yanaşı, “Azərneftyağ” NEZ-nun 8-ci sexinin ərazisində fəaliyyət göstərən TED-nin 7-ci sahəsi öz istehsalat sahələrində də kifayət qədər abadlıq və yaşıllaşdırma işlərini yerinə yetirir. Texnoloji qurğularda, inzibati binada və operator otaqlarında əsaslı təmir işləri aparılır, yeni sanitar qovşağı və istirahət guşələri inşa edilir, boru xətləri yenisi ilə əvəz olunur. Hazırda bu işlər davam etdirilir.

 

 

 
 

tarix : 24.07.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.