ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Respublikamızın müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələr “Ekol Mühəndislik Xidmətləri” QSC-də istehsalat təcrübəsi keçirlər

“Ekol Mühəndislik Xidmətləri” QSC əsas fəaliyyət sahələri ilə yanaşı, ekologiya və mühəndislik xidmətləri sahəsində gənc mütəxəssislərin hazırlanmasına, eləcə də əhalinin ekoloji maariflənməsinə də yaxından dəstək göstərir. Bu məqsədlə, cari ildə respublikamızın müxtəlif ali təhsil müəssisələrində uyğun ixtisaslar üzrə təhsil alan tələbələrin, QSC-nin istehsalat sahələrində yüksək səviyyədə istehsalat təcrübəsi keçmələri üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir.

2012-ci ildə QSC-nin istehsalat sahələrində Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin, M.Y.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin ekoloq, kimyaçı, torpaqşünas, su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri ixtisası üzrə təhsil alan tələbələrinin yay istehsalat təcrübələrinin keçirilməsi nəzərdə tutulmuşdur.

Bununla əlaqədar olaraq, tələbələrə müvafiq proqram üzrə, yüksək səviyyədə istehsalat təcrübəsi keçmələrinə rəhbərlik, QSC-nin baş direktorunun əmri ilə Ekoloji Monitorinq Departamentinin rəisi, təcrübəli mütəxəssis Şahabiddin Albuşova həvalə edilmişdir. Əmrdə tələbələrin istehsalat təcrübələrinin Ali Peşə Təhsili Dövlət Standartlarına uyğun aparılması xüsusilə qeyd olunmuşdur. Artıq iyul ayından tələbələrin istehsalat təcrübəsi keçmələrinə start verilmişdir.
 

 

 

 
 
 

tarix : 26.07.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.