ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC neftşlamın ətraf mühitə təsirinin qarşısını almaq üçün zəruri tədbirlər həyarta keçirir

Azərbaycan Respublikasında həyata keçirilən dövlət proqramlarının prioritet istiqamətlərindən biri də ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. Dövlət proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədlə, ARDNŞ də neft sənayesi sahələrində davamlı olaraq irimiqyaslı ekoloji layihələr həyata keçirilir. ARDNŞ-nin dəstəyi ilə bu layihələrin icra olunmasında ”Ekol Mühəndislik Xidmətləri”QSC də fəal iştirak edir.

 Neft sənayesində ətraf mühitə mənfi təsir edən əsas amillərdən biri də neftin çıxarılması və emalı proseslərində formalaşan neftşlamdır. Faza tərkibinə görə neftşlam neft məhsulları, su və mexaniki qarışıqlardan ibarətdir. Neftşlamın tərkibi xam neftin növündən, neft emalı prosesindən, axıntı sularının təmizlənməsi üçün istifadə olunan reagentlərdən də asılı olaraq dəyişir. Açıq anbarlarda uzun müddət saxlanılan neftşlamlar yüngül fraksiyaların buxarlanması, neft məhsullarının oksidləşməsi və qatranlaşması nəticəsində keyfiyyətini dəyişir və daha çətin emal olunan kütləyə çevrilir.
 Neftşlamın zərərsizləşdiril­məsinin və tərkibindəki komponentlərin təkrar istifadəsinin aktuallığını nəzərə alaraq, "Ekol Mühəndislik Xidmətləri" QSC "Sifarişçi" təşkilatlarının istehsalat sahələrində uzun illər yığılıb qalmış və sənaye-çirkab sularının təmizlənməsi prosesində formalaşmış neftşlamın yeni texnika və texnologiyalarla emalı və zərərsizləşdirilməsi üçün zəruri tədbirlər həyata keçirir. Ötən illərdə QSC ARDNŞ-nin NQÇİ-nin mədən ərazilərindən 512 min m3-dən çox neftşlamın çıxarılaraq müxtəlif üsullarla zərərsizləşdirilməsini təmin etmişdir. Heydər Əliyev adına BNEZ-nun və "Azərneftyağ" NEZ-nun istehsalat sahələrində isə hər il 20 min tondan  çox neftşlamın İsveçin “Alfa-Laval” şirkətinin dekantor və İtaliyanın “Pieralisi” şirkətinin trikantor qurğuları ilə emal edilərək zərərsizləşdirilir.

 Neftşlamın ətraf mühitə təsirinin azaldılması istiqamətində görülən əhəmiyyətli tədbirlərdən biri də mexaniki təmizləyici qurğular sisteminin I-ci çökdürücü gölündə olan neftşlamın zərərsizləşdirilməsidir. Bu göldə uzun illər yığılıb qalmış 3.6 min tondan çox neftşlam çıxarılaraq təkrar emala göndərilmişdir ki, bu da ətraf mühitə öz müsbət təsirini göstərmiş, sənaye-çirkab suların təmizlənməsini xeyli dərəcədə yaxşılaşdırmışdır.

Bununla yanaşı, QSC-də neftşlamın zərərsizləşdirilməsinin digər üsulları da araşdırılır və bioloji, kimyəvi maddələrin təsiri ilə neft məhsullarının daha səmərəli ayrılması istiqamətində tədqiqat işləri aparılır. Bu sahəyə yeni texnika və texnologiyaların əldə olunması məqsədilə analoji xarici şirkətlərlə əməkdaşlıq əlaqələri günü-gündən genişləndirilir.

 

tarix : 31.07.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.